...

Albaniya Avropada ən böyük neft tədarükçüsü olmağa ümid edir

İqtisadiyyat Materials 22 Sentyabr 2023 04:06 (UTC +04:00)

Bakı. Trend:

Albaniya onilliyin sonuna qədər ən böyük neft və qaz tədarükçüsü olmağa ümid edir.

Trend-in məlumatına görə, Şpiraq dağ silsiləsində, 6 kilometrdən artıq dərinlikdə karbohidrogen mənbəyi aşkar olunub. Bu bölgədə tədqiqatlar artıq uzun müddətdir aparılır. Yeni ilə qədər hökumət yatağın işlənilməsi perspektivlərini müəyyənləşdirəcək tədqiqatların nəticələrini əldə etməyə planlaşdırır. İlkin məlumatlar Albaniyada hasil oluna bilən neftin əhəmiyyətli həcminin mövcud olduğunu təsdiq edir.

Albaniyanın Baş naziri Edi Ramanın sözlərinə görə, ekspertlərin gözləntiləri təsdiqlənərsə “Shell” korporasiyası Şpiraq bölgəsində infrastrukturun inkişafına 7 milyard avro məbləğində investisiya qoyacaq. Buna baxmayaraq, “Shell” baş verənləri təmkinlə şərh edir və vurğulayır ki, bütün qərarlar aparılacaq sınaqların gedişində əldə olunan məlumatlardan asılı olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti