Bakı. Trend:
Azərbaycanda ilin sonunadək kənd təsərrüfatı və qida forumu keçiriləcək.
Trend xəbər verir ki, bu barədə MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli mətbuat konfransı zamanı deyib.
“Sektoral forumların əhəmiyyətli olduğunu düşünürük. Bu səbəbdən 13-14 dekabr tarixində kənd təsərrüfatı və qida forumu keçiriləcək. Forumda Türkiyədən gələn 50-ə yaxın iş adamının iştirakı planlaşdırılır”,- deyə o əlavə edib.
R. Cabirli həmçinin bildirib ki, Türkiyə və Azərbaycan arasında münasibətləri daha da dərinləşdirməliyik.
“Biz yalnız ticarətlə yox, investisiyalarla əməkdaşlıq edirik. Qardaşlığımızı əməkdaşlıqlarımızla gücləndiririk”,- deyə o vurğulayıb.