...

Verilmiş kreditlərin iri və orta bizneslərin payına düşən həcmi açıqlanıb

İqtisadiyyat Materials 2 Dekabr 2024 11:20 (UTC +04:00)
Verilmiş kreditlərin iri və orta bizneslərin payına düşən həcmi açıqlanıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı Trend:

Bu ilin 10 ayı ərzində banklar tərəfindən verilmiş 14 milyard 628,1 milyon manatlıq cəmi biznes kreditlərinin 8 milyard 236, 3 milyon manatı və ya 56,3%-i iri sahibkarlıq subyektərinə verilib.

Bu barədə Trend Mərkəzi Bankın açıqladığı statistik bülletenə əsasən hesablama aparıb.

Cəmi biznes kreditləri portfelinin 10 milyard 31,4 milyon manatı və ya 68,6%-i iri və orta sahibkarlıq subyektlərinin, o cümlədən 1 milyard 795,1 milyon manatı və ya 12,3%-i orta sahibkarlıq subyektlərinin payına düşür.

Həmçinin biznes kreditləri portfelinin 1 milyard 572,6 milyon manatı və ya 10,7%-i kiçik sahibkarlıq subyektlərinin, 3 milyard 24,1 milyon manatı və ya 20,7%-i isə mikro sahibkarlıq subyektlərinin payına düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti