Bakı. Trend:
Ötən ay Azərbaycanda 2 milyon 308,2 min ton xam neft (qaz kondensatı daxil olmaqla) istehsal edilib.
Trend-in Dövlət Statistik Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,5% və ya 159,7 min ton azdır. Belə ki, ötən ilin ilk ayında Azərbaycanda 2 milyon 467,9 min ton xam neft (qaz kondensatı daxil olmaqla) istehsal edilib.
Ötən ay istehsal edilmiş xam neftin 2 milyon 301 min tonu əmtəəlik xam neft olub ki, bu da, illik müqayisə 161,8 min ton və ya 6,6% azdır. 2024-cü ilin yanvarında Azərbaycanda 2 milyon 462,8 min ton əmtəəlik xam neft hasil edilib.