...

Azərbaycan bu ölkə ilə ticarət dövriyyəsini 38 dəfə artırıb

İqtisadiyyat Materials 26 Fevral 2025 17:05 (UTC +04:00)
Azərbaycan bu ölkə ilə ticarət dövriyyəsini 38 dəfə artırıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar ayında Azərbaycanla Meksika arasında ticarət əməliyyatlarının həcmi 180,2 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu, 2024-cü ilin yanvar ayındakı göstərici ilə müqayisədə 175,5 milyon ABŞ dolları və ya 38,2 dəfə çoxdur.

Hesabat dövründə Meksika ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 3,54%-i həcmində olub.

Cari ilin yanvarında Azərbaycandan Meksikaya məhsul ixracı qeydə alınmayaraq yalnız idxal əməliyyatlara icra olunub. Belə ki, hesabat ayında Meksikadan Azərbaycana 180,2 milyon ABŞ dolları dəyərində idxal əməliyyatları icra olunub ki, bu da illik müqayisədə 175,5 milyon manat və ya 38,7 dəfə artım deməkdir.

Dövr ərzində Meksikadan idxal əməliyyatları ölkənin ümumi idxalının 8,78%-ni təşkil edib.

Qeyd edək ki, cari ilin yanvar ayında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 5,9 milyard ABŞ dolları təşkil edib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 milyard ABŞ dolları və ya 70,5% çoxdur.

Ötən ay ticarət dövriyyəsinin 3,4 milyard dolları ixracın, 2,5 milyard dolları isə idxalın payın düşüb ki, bunlar da, illik müqayisədə müvafiq olaraq 1,2 milyard dollar və ya 64,8% və 910 milyon dollar və ya 79,7% çoxdur.

Hesabat dövründə xarici ticarətdə 986 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da, illik müqayisədə 285 milyon dollar və ya 40,7% çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti