Bakı. Trend:
Moldova Azərbaycanla bütün sahələr üzrə tərəfdaşlıq münasibətlərini inkişaf etdirməkdə maraqlıdır.
Trend xəbər verir ki, bunu Moldovanın Baş nazirinin müavini, infrastruktur və regional inkişaf naziri Vladimir Bolea Azərbaycan və Moldova arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 6-cı iclasında deyib.
O, iki ölkə arasında iqtisadi, eləcə də kənd təsərrüfatı sahəsində tərəfdaşlığı genişləndirmək üçün böyük potensialın olduğunu vurğulayıb:
“Aqrar sahədə müasir texnologiyaların transferi, müştərək elmi tədqiqatların aparılması, aqrar sahədə mütəxəssis hazırlığı və aqrar məhsulların ixracı Azərbaycanla Moldovanın kənd təsərrüfatı sahəsində əməkdaşlığının əsas istiqamətləri ola bilər”.