...

AtaSigorta Azərbaycan Milli Bankına sığorta xidmətləri göstərəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Sentyabr 2007 03:12 (UTC +04:00)

Azərbaycan , Bakı / Trend müxbir İ. Xəlilova / Azərbaycan Milli Bankı AtaSigorta sığorta şirkəti ilə balansında olan əmlakın ( əsas vasitələr ), nəğd pulun və nəqliyyat vasitələrinin (CASCO) sığortası xidmətləri haqqında müqafilə imzalayıb . Bu haqda bazar ertəsi AMB tender komissiyasında məlumat veriblər .

Tender 4 sentyabrda keçirilib . İştirak üçün namizədlər ərizə , iştirak haqqının (200 manat ) ödənməsinə görə bank arayışı , iş qrafikini təqdim etməli tam adını , hüquqi ünvanını , rekvizitlərini və qeydiyyat ölkəsini göstərmək , potensial imkanlar və son il üçün maliyyə vəziyyəti haqda məlumat , vergi borclarının olmaması haqda arayış , tender təklifinin dəyərinin 2 faizinə bank zəmanəti , uyğunluq sertifikatları və mənbəsi təqdim etməli idilər .

Bundan əlavə , vacib tələb sığorta fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyanın , notarial qaydada təstiq olunmuş yanğından və digər risklərdən sığorta , həmçinin nəqliyyat vasitələrinin sığortası (CASCO) lisenziyasının olması idi

Xəbər lenti

Xəbər lenti