...

Beynəlxalq Maliyyə Korporasiyası Azərbaycan bankının səhmdarlığına daxil olmaq üzrə danışıqları dayandırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Sentyabr 2008 17:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 sentyabr/ Trend , müxbir İ.Xəlilova/ "Beynəlxalq Maliyyə Korporasiyası (BMK) Bank Respublika-nın səhmdarlığına daxil olmaq məsələsini nəzərdən keçirmir", - Korporasiyanın Azərbaycandakı nümayəndəsi Aliyə Əzimova bildirib. Əvvəllər BMK Bank Respublika-nın kapitalında 10 faiz iştirak payı almaq istədiyini bəyan edib. Bu məsələ bir neçə dəfə bankın səhmdarlarının toplantısında müzakirəyə çıxarılıb. Görünür, Korporasiya ilə danışıqlar onların rədd cavabı verməsi ilə əlaqədar, dayandırılıb.

"Biz bankın səhmlərinin satışına dair danışıqlar aparmırıq;səhmdarlar hazırki strukturu dəyişmək istəmirlər", - Bank Respublika-nın İdarə Heyəti sədrinin müavini Aslan Abbasov bildirib.

Bununla yanaşı, BMK Direktorlar Şurası artıq Bank Respublika-nın kapitalına $4,5 mln.-dək vəsait yatırmaq barədə qərar qəbul edib.

Bankın səhmdarları arasında xarici kapital artıq iştirak edir. Bankın 25 və 1 səhmi Sparkassen International Development Trust (SİDT, Sparkassen-Finanzgruppe-un üzvü) və Deutsche Entwicklungsgesellschaft-a (DEG, KfW banking group-un üzvü) məxsusdur.

Bank Respublika-nın səhmdar kapitalı 2008 - ci ilin avqustunda 10 mln. manat artırıldıqdan sonra, hazırda 22,5 mln. manat təşkil edir, məcmu kapitalı isə 43 mln. manatı ötüb.

"İlin sonunadək kapitalın növbəti dəfə artırılacağı gözlənilmir, - Abbasov bildirib. Artırma olmadan işləməyimiz üçün, kifayət qədər kapitalımız var".

Sentyabrın 5-nə olan cari mübadilə məzənnəsi -- 0,8154 AZN/USD.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti