...

Azərbaycan Londonda turizm potensialı haqqında danışacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Noyabr 2009 14:26 (UTC +04:00)
Azərbaycanın turizm potensialı Londonda, WTM-da beynəlxalq turizm sərgisində nümayiş etdirilir, Mədəniyyət və Turizm Nazirliyinin çərşənbə axşamı yayılmış məlumatında deyilir.
Azərbaycan Londonda turizm potensialı haqqında danışacaq

Azərbaycan, Bakı, 10 noyabr / Trend , müxbir Ü.İsmayılova/

Azərbaycanın turizm potensialı Londonda, WTM-da beynəlxalq turizm sərgisində nümayiş etdirilir, Mədəniyyət və Turizm Nazirliyinin çərşənbə axşamı yayılmış məlumatında deyilir.

Sərgidə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, türk şirkətləri Improtex Travel, AL Travel, GEO Travel, ENC Tour və Bakı turizm mərkəzi iştirak edəcək.

"Londondakı sərgidə turizm potensialının təbliği üçün dərc olunmuş reklam materialları nümayış etdiriləcək", - məlumatda deyilir.

Sərgi noyabrın 9-dan 12-nə qədər davam edəcək.

Dövlət Statistika Komitəsinin məlumatına görə, birinci yarımildə Azərbaycanda 98,3 faizi özəl olmaqla 115 turizm şirkəti fəaliyyət göstərib və əməkdaşlarının sayı 1361 nəfər təşkil edib.

Azərbaycanın turizm şirkətlərinin yanvar-iyun aylarında gəliri ötən ilin analoji dövrü ilə müqayisədə 1 faiz  olmaqla 8 milyon manat artıb.

Xəbər lenti

Xəbər lenti