...

Dünya Bankı 2010-cu ildə Azərbaycanda yoxsulluğun səviyyəsinin azalmasının davam edəcəyini gözləyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Aprel 2010 16:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 aprel /Trend, müxbir N.İsmayılova/

Dünya Bankı (DB) 2010-cu ildə Azərbaycanda yoxsulluğun səviyyəsinin azalmasının davam edəcəyini gözləyir. Bunu cümə axşamı Bakıda səfərdə olan DB-nin baş iqtisadçısı və "Azərbaycanda həyat şəraitinin yaxşılaşdırılması" adlı hesabatın əsas müəllifi Lire Ersado deyib.

"2000-ci ildən 2008-ci ilədək olan dövrdə ölkədə orta və minimal real əməkhaqqının kəskin azalması müşahidə olunub. Böhranın Azərbaycana təsirinin o qədər də güclü olmadığını nəzərə alsaq, 2009-cu ildə ölkədə yoxsulluğun səviyyəsi simulyasiyanın nəticələrinə görə stabil səviyyədə saxlanılıb", - Ersado deyib.

Onun sözlərinə görə, 2010-cu ildə ölkədə yoxsulluğun səviyyəsinin azalmasının davam edəcəyi gözlənilir. Böhran dövründə yoxsulluğun səviyyəsinə əmək bazarı və pul köçürmələri kimi amillər də təsir göstərib.

"Ölkədə yoxsulluğun səviyyəsinin illik azalması üç faizə yaxın təşkil edir", - o bildirib.

2001-2008-ci illərdə ölkədə yoxsulluğun səviyyəsinin xeyli - təxminən 50 faizdən 13 faizədək azalması müşahidə olunub.

"Azərbaycanda həyat şəraitinin yaxşılaşdırılması" haqqında hesabat ölkədə yoxsulluğun səviyyəsinin qiymətləndirilməsi sahəsində bankın fəaliyyətinin bir hissəsidir və Azərbaycan hökumətinin dəstəyi ilə DB tərəfindən hazırlanıb.

Xəbər lenti

Xəbər lenti