...

Türkiyə Aztelekom-un özəlləşdirilməsində iştirakda maraqlıdır – nəqliyyat naziri

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Yanvar 2011 16:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 yanvar /Trend, müxbir A.Axundov/

Türkiyə Azərbaycanın dövlət rabitə operatoru Aztelekom-un özəlləşdirilməsində Türkiyə şirkətlərinin iştirakını istəyir. Bu barədə Trend-ə müsahibəsində Türkiyənin nəqliyyat naziri Binali Yıldırım deyib.

"Türkiyə dövləti həmişə ölkə sahibkarlarının dünyanın bütün guşələrində fəaliyyətini və onların beynəlxalq layihələrdə iştirakını təşviq edib. Biz istərdik ki, Aztelekom-un özəlləşdirilməsində Türkiyə şirkətləri iştirak etsin", - Yıldırım qeyd edib.

Bundan əvvəl Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun dediyinə görə, Azərbaycan Türkiyə operatoru Turktelecom-un Aztelekom-un özəlləşdirilməsində iştirak payı məsələsinə baxmağa hazırdır. Onun sözlərinə görə, Turktelecom Azərbaycanın telekommunikasiya bazarına çıxmaqda maraqlıdır və bu məsələ dəfələrlə operatorun rəhbərliyi ilə müzakirə edilib.

Yıldırımın sözlərinə görə, Türkiyə də "Şərq-Qərb" tarnsmilli informasiya supermagistralı layihəsinin inkişafını diqqətlə izləyir.

"Biz bu məsələni Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovla görüşdə müzakirə etmişik. Türkiyə bütün sahələrdə, xüsusən informasiya texnologiyaları sahəsində regional əməkdaşlığa böyük əhəmiyyət verir. Biz hadisələri izləyirik və gələcəkdə bu məsələ ilə daha yaxından məşğul olacağıq", - Yıldırım qeyd edib.

Azərbaycanın irəli sürdüyü və BMT-nin 66-cı plenar iclası çərçivəsində qəbul olunmuş "Şərq-Qərb" superinformasiya magistralının yaradılmasına dair qətnamə optik-lif kabel magistralının Xəzər seqmentinin çəkilişi ilə bağlı həll olunmamış təşkilati məsələləri aradan qaldıracaq.

BMT yoxsulluq səviyyəsinin azaldılmasına, iqtisadi artımın yüksəldilməsinə və ümumilikdə regionun inkişafı üçün lokomotiv rolunu oynamağa yönəlmiş layihəni dəstəkləyib.

"Şərq-Qərb" layihəsinin vəzifəsi ümumilikdə 20 ölkəni birləşdirməkdən ibarətdir. Layihənin həyata keçirilməsi Qərbi Avropa və Sakit Okean ölkələri arasındakı "informasiya uçurumu"nu aradan qaldırmağa imkan verəcək.

Xəbər lenti

Xəbər lenti