...

2010-cu ildə Azərbaycanın lizinq şirkətinin aktivləri təxminən 15 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Aprel 2011 14:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir A.Axundov/

2010-cu il fəaliyyətinin yekunları üzrə Azərbaycanın lizinq şirkəti "Finans Lizinq" ASC-nin aktivləri ilin əvvəlindəki 1,87 milyon manata nisbətdə 14,9 faiz artaraq 2,15 milyon manat təşkil edib. Bu barədə şənbə günü şirkətin rəsmi mətbuatda dərc olunmuş balans hesabatında deyilir.

İl ərzində şirkətin nizamnamə kapitalı dəyişməyib və 1,2 milyon manat səviyyəsində qalıb.

Ötən ilin yekunları üzrə şirkətin xalis gəlirləri 106,419 min manat təşkil edərək il ərzində 40,8 faiz azalıb.

Ötən ilin yekunları üzrə şirkətin məcmu kapitalı 2009-cu illə müqayisədə 2,1 faiz azalaraq 1,176 milyon manat olub.

Şirkətin məcmu öhdəlikləri il ərzində 46,1 faiz artaraq 973,408 min manat, ümumilikdə, kapital və öhdəlikləri 14,9 faiz artaraq 2,15 milyon manat təşkil edib.

Ötən ilin yekunları üzrə şirkətin gəlirləri 2009-cu ilə nisbətdə 16,17 faiz azalaraq 321,398 min manat təşkil edib.

"Finans Lizinq" ASC 2007-ci il aprelin 2-də dövlət qeydiyyatından keçib. Hazırda ASC-nin səhmdarları Azərbaycanın 16 fiziki şəxsidir. Səhmlərin əsas payı Azad Cavadova, Tokay Şıxəlizadəyə (hər biri 15,83 faiz), Mobil Şərifova (15,17 faiz) və İbharim İbrahimova (10 faiz) məxsusdur.

Aprelin 9-na olan rəsmi məzənnə 0,7923 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti