...

Azərbaycanda fotoelektrik modullarının buraxılışı üzrə yeni zavod işə salınacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Mart 2012 12:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 mart / Trend müxbir E.İsmayılov /

Apreldə Sumqayıtda fotoelektrik modullarının (günəş batareyaları) istehsalı üzrə yeni zavod tam gücü ilə işə başlayacaq. Bu barədə çərşənbə günü Trend-ə Alternativ Enerji Mənbələri üzrə Dövlət Agentliyi rəhbərinin müavini Cəmil Məlikov bildirib.

"Hazırda zavod qismən fəaliyyət göstərir və məhsulların sınaq nümunələrini istehsal edir. Yaxın vaxtlarda zavod tam gücü ilə işə başlayacaq və artıq hazır məhsulların istehsalına başlanacaq", - Məlikov deyib.

Onun sözlərinə görə, habelə Sumqayıt Texnoparkı günəş akkumlyatorlarının istehsalını planlaşdırır.

Xəbər lenti

Xəbər lenti