...

"Gənc Sahibkarlar Şəbəkəsi" İctimai Birliyinin təqdimat mərasimi keçirilib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyun 2012 17:26 (UTC +04:00)
İyun 16-da yeni təsis edilmiş "Gənc Sahibkarlar Şəbəkəsi" İctimai Birliyinin təqdimat mərasimi keçirilib. Trend-in məlumatına görə, "Hilton" hotelində keçirilən mərasimdə bir sıra dövlət rəsmiləri, deputatlar, iş adamları və qeyri-hökümət təşkilatlarının nümayəndələri iştirak ediblər.
"Gənc Sahibkarlar Şəbəkəsi" İctimai Birliyinin təqdimat mərasimi keçirilib (FOTO)

Azərbaycan, Bakı, 21 iyun /Trend/

İyun 16-da yeni təsis edilmiş "Gənc Sahibkarlar Şəbəkəsi" İctimai Birliyinin təqdimat mərasimi keçirilib. Trend-in məlumatına görə, "Hilton" hotelində keçirilən mərasimdə bir sıra dövlət rəsmiləri, deputatlar, iş adamları və qeyri-hökümət təşkilatlarının nümayəndələri iştirak ediblər.

Açılış mərasimində Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Təşkilatı Gənclər Forumunun baş əlaqələndiricisi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın tədbir iştirakçılarına ünvanladığı təbrik məktubu oxunub.

"Mən ümid еdirəm ki, "Gənc Sаhibkаrlаr Şəbəkəsi" Аzərbаycаndа iqtisаdiyyаtın sürətli inkişаfı nəticəsində yаrаdılаn gеniş imkаnlаrdаn bəhrələnmək istiqаmətində bizim ölkənin gənc sаhibkаrlаrınа münbit şərаit yаrаdаcаq, ölkə dахilində və bеynəlхаlq miqyаsdа əməkdаşlığın gеnişlənməsinə öz töhfəsini vеrəcək", - İctimai Birliyin yaradılmasını yüksək qiymətləndirən Leyla Əliyeva bildirib.

Tədbirdə çıxış edən Birliyin İdarə Heyətinin sədri Xaliq İldırımzadə qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmiz regionun aparıcı iqtisadiyyatına çevrilib. Güclü iqtisаdiyyаtın təməlində isə bаcаrıqlı sаhibkаrlаr cəmiyyəti durur. Аzərbаycаnın gənc sаhibkаrlаrı sаhibkаrlıq sаhəsindəki bilik və bаcаrıqlаrını iqtisadiyyatımızda mövcud olan misilsiz və gеniş imkаnlаrdаn bəhrələnərək öz fəaliyyətlərini genişləndirməyə yönəltməlidirlər.

İldırımzadə Birliyin yaradılmasında göstərdiyi dəstəyə və ölkə gənclərinə daimi və böyük diqqətinə görə Leyla Əliyevaya Birlik adından dərin minnətdarlığını bildirib.

Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbəri Elşad İsgəndərov, Prezident Administrasiyanın Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov və Prezident Administrasiyanın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Birliyin yaradılması münasibətilə təbriklərini tədbir iştirakçılarına çatdırıb və bu hadisəni Azərbaycanda gənc sahibkarlığın inkişafı istiqamətində mühüm addım kimi qiymətləndiriblər.

Daha sonra "Gənc Sahibkarlar Şəbəkəsi" İctimai Birliyinin İdarə Heyətinin sədr müavini İlham Nağıyev Birliyin üzvlərinə üzvlük şəhadətnamələrini təqdim edib.

Tədbirin sonunda İslam İnkişaf Bankının prezidenti Əhməd Məhəmməd Əli və İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının prezidenti Şeyx Saleh bin Abdullah Kamilin təbrik məktubları oxunub.

"Gənc Sahibkarlar Şəbəkəsi" İctimai Birliyi 2011-ci ilin noyabr ayında Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Təşkilatı Gənclər Forumunun baş əlaqələndiricisi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Bakıda, Beynəlxalq Muğam Mərkəzində keçirilmiş təsis konfransı nəticəsində yaradılıb.

Birliyin başlıca fəaliyyət istiqamətləri ölkədə gənc sahibkarlığın inkişafına dəstək olmaq, sahibkarların maarfiləndirilməsi və onların nəzəri-əməli vərdişlərinin təkmilləşdirilməsi, həmçinin sahibkarlığın inkişafı üçün xarici investisiyaların cəlb olunmasıdır.

Xəbər lenti

Xəbər lenti