...

Abid Şərifov: Azərbaycanda kənd təsərrüfatı və su təchizatı sahələrinin investisiyalara daha çox ehtiyacı var

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Aprel 2013 19:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 aprel /Trend, müxbir A.Axundov/

Azərbaycanda xüsusilə beynəlxalq maliyyə institutlarının vəsaitləri hesabına ən çox investisiyalara kənd təsərrüfatı və su təchizatı sahələrinin ehtiyacı var. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Baş nazirin müavini Abid Şərifov deyib.

"İlk növbədə, beynəlxalq maliyyə təşkilatlarının vəsaitləri kənd təsərrüfatının inkişafı, o cümlədən ərazilərin, kanalların təmizlənməsi, torpaqların şoranlaşmasının qarşısının alınması üçün lazımdır. Azərbaycan əhalisinin təqribən 47 faizi kəndlərdə yaşayır", - Şərifov qeyd edib.

Onun sözlərinə görə, Azərbaycanda hələ də su problemi var.

"Azərbaycanda su ilə bağlı problem həmişə olub. 1990-cı illərdə bu sahəyə demək olar ki, vəsait ayrılmırdı", - Şərifov qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti