Azərbaycan, Bakı, 9 may /Trend/
Trend-in məlumatına görə, cümə axşamı rəsmi mətbuatda dərc edilmiş məqalədə AR vergilər naziri Fazil Məmmədov bildirib ki, 2013-2020 ildə vergi sisteminin təsdiq edilmiş strateji inkişaf planı çərçivəsində AR Vergilər Nazirliyi tərəfindən 22 istiqamət üzrə 86 tədbirin həyata keçiriləcəyi nəzərdə tutulur.
"Bu gün digər sahələrdə olduğu kimi, vergi xidmətinin də qarşısında yeni, qlobal çağırışlar durur. "Azərbaycan 2020:Gələcəyə baxış" İnkişaf konsepsiyası milli vergi sistemi üçün də yeni hədəflər müəyyən etmişdir. Dünyada baş verən qlobal tendensiyalar və beynəlxalq inteqrasiyanın dərinləşməsi bilik menecmentinə əsaslanan, texnolojı baxımdan daim təkmilləşən vergi sisteminin yaradılmasını zəruri edir", o deyib.
Onun sözlərinə görə, strateji inkişaf planı çərçivəsində, o cümlədən, vergi sistemində müasir informasiya texnologiyalarınin, elektron auditin tədbiqi, elektron xidmətlərin genişləndirilməsi, vergi ödəyiciləri ilə vergi orqanları arasında partnyorluq münasibətlərin qurulması istiqamətində aparılan islahatlardan ibarət olacaq.
"Belə sistem inkişaf etmiş ölkələrin mühüm dövlət təşkilatlarında, o cümlədən vergi administrasiyalarında son 10 il ərzində tətbiq olunur və artıq öz səmərəliliyini göstərir,- nazir bildirib. Bu baxımdan, gələcəkdə vergi inzibatçılığının ən qabaqcıl beynəlxalq praktikaya və texnologiyalara uyğunlaşdırılması, vergilərin proqnozlaşdırılması sahəsində dərin analitik təhlillərin aparılması və potensial vergiyayınma risklərini tam aşkar et mək üçün ən müasur proqram təminatlarının əldə olunması, yeni analitik platformaların qurulması,həyata keçiriləcək".
Məmmədovun fikrincə, bu texnologiyaların tətbiqi, nazirliyin hesabat-təhlil sisteminin təkmilləşdirilməsinə, hesabatların hazırlanmasına sərf olunan vaxtın azaldılmasına zəmin yaradacaq.
Bu gün vergi inzibatçılığı xərclərinin vergi daxilolmalarına nisbəti göstəricisinə əsasən 0,35 faiz təşkil edir. Beləliklə Azərbaycan vergi xidməti Avropa məkanında ən səmərəli vergi inzibatçılığına malik ölkələrdən biridir.
Hal-hazırda dövlət orqanlarının göstərdikləri elektron xidmətlər arasında vergi sistemi üzrə 57 elektron xidmətin həyata keçirilməsi nəzərdə tutulmuşdur ki, hazırda onların 49-u artıq tətbiq olunur. Bu vətəndaş və biznes cəmiyyətinin vergi sisteminə olan inamını artırıb.
" Əlverişli investisiya mühitinin yaradılması və ölkədə iqtisadi fəallığın artması nəticəsində həmin dövrdə vergi ödəyicilərinin sayı da 3 dəfədən çox artmışdır-Məmmədov bildirib. Təkcə 2012-ci ildə vergi ödəyicilərin sayı əvvəlki ilə nisbətən 72 min nəfər artıb.
2000-ci illə müqayisədə vergi daxilolmalarının həcmi 2012-ci ildə 12 dəfəyə yaxın artmışdır ki, (2000-ci ildə 510 milyon manata qarşı, 2012-ci ildə 6 milyard manatdan yuxarı), bu da Azərbaycan iqtisadiyyatında baş vermiş iqtisadi sıçrayışın bariz nümunəsi olmaqla bərabər, həm də mövcud iqtisadi sistemə adekvat vergi inzibatçılığının mövcudluğunun göstəricisidir. Qeyd etmək yerinə düşərdi ki, qeyri-neft-qaz sektorundan daxilolmaların həcmi 2012-ci ildə 3,3 milyard manat təşkil edib.
2013-cü ilin aprel ayının birinə vergi ödəyicilərin ümumi sayı 500 081 nəfər təşkil edib.