...

Gürcüstana gedən turistlərin 20 faizi Azərbaycan vətəndaşlarıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Yanvar 2014 18:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 yanvar /Trend, müxbir E.Əliyev/

2013-cü ilin yanvar-noyabr aylarında 978,58 min nəfər azərbaycanlı turist Gürcüstana səfər edib.

Gürcüstan Milli Turizm Administrasiyasından çərşənbə günü Trend-ə verilən məlumata görə, hesabat dövründə bu ölkəyə gələn turistlərin ümumi sayının 19,76 faizi Azərbaycan vətəndaşlarının payına düşür.

Gürcüstana turist axını illik hesabatda 14,94 faiz və ya 127,18 min nəfər artıb. Müqayisə üçün, 2012-ci ilin yanvar-noyabr aylarında Gürcüstana 851,4 min Azərbaycan vətəndaşı səfər edib.

Azərbaycan Gürcüstana səfər edənlərin sayı üzrə ilk üçlüyə daxildir. 2013-cü ilin yanvar-noyabr aylarında daha çox turist Türkiyədən (1,5 milyon nəfər) gəlib. Ermənistan 1,16 milyon turist sayı ilə ikinci yerdə qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti