Azərbaycan, Bakı, 19 may /Trend, müxbir E.Əliyev/
Cari ilin yanvar-aprel aylarında Azərbaycanda 710 minik avtomobili istehsal olunub ki, bu da 2013-cü ilin analoji dövründə qeydə alınan göstəricidən 3,3 dəfə artıqdır. Trend-in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin 2014-cü ilin 4 ayının yekunu üzrə hesabatında bildirilir.
2013-cü ildə Azərbaycanda 424 minik maşını istehsal olunub. Bu, 2012-ci ilin göstəricisindən 21,8 faiz azdır.
Hesabatda qeyd olunur ki, yanvar-aprel aylarında respublikada 105 yük maşını istehsal olunub. Bu, 2012-ci ilin analoji dövründə qeydə alınan göstəricidən 2,2 dəfə çoxdur.
2013-cü ildə Azərbaycanda 246 yük maşını istehsal olunub ki, bu da 2012-ci ilin göstəricisini 52,8 faiz üstələyir.
Hesabat dövründə ölkədə 441 traktor istehsal edilib ki, bu da 2013-cü ilin müvafiq dövründə qeydə alınan göstəricidən 2,2 dəfə çoxdur.
2013-cü ildə Azərbaycanda 739 traktor istehsal edilib. Bu, 2012-ci ildə qeydə alınan göstəricidən 19,6 faiz çoxdur.