...

Nazir: 1995-ci ildən Azərbaycan iqtisadiyyatına yatırılan xarici investisiyalar 83 milyard dolları ötüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 İyul 2014 16:06 (UTC +04:00)
1995-ci ildən etibarən 2013-cü ilin sonunadək Azərbaycan iqtisadiyyatına 83,8 milyard dollar xarici investisiya qoyulmuş və bu vəsaitdən 35 milyard dollar qeyri-neft sektorunun payına düşmüşdür.
Nazir: 1995-ci ildən Azərbaycan iqtisadiyyatına yatırılan xarici investisiyalar 83 milyard dolları ötüb

Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbir Emin Əliyev/

1995-ci ildən etibarən 2013-cü ilin sonunadək Azərbaycan iqtisadiyyatına 83,8 milyard dollar xarici investisiya qoyulmuş və bu vəsaitdən 35 milyard dollar qeyri-neft sektorunun payına düşmüşdür. Trend-in məlumatına görə, bu barədə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev çərşənbə günü rəsmi mətbuatda dərc olunmuş məqaləsində deyilir.

Məqalədə bildirilir: "Həyata keçirilən iqtisadi siyasətin ən mühüm istiqamətlərindən biri xarici investisiyaların, qabaqcıl texnologiyaların, idarəetmə təcrübəsinin cəlb olunmasıdır. Ölkədə bərqərar olmuş siyasi və makroiqtisadi sabitlik, investorların hüquqlarının etibarlı qorunması, əlverişli coğrafi mövqe, zəngin təbii ehtiyatlar, yüksək ixtisaslı işçi qüvvəsi Azərbaycanı xarici investisiyalar üçün ən cəlbedici ölkələrdən birinə çevirmişdir. Bu günədək Azərbaycan Respublikası hökuməti ilə xarici dövlətlər arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında 46 saziş imzalanmışdır".

Mustafayev qeyd edib ki, təkcə ötən il ölkə iqtisadiyyatına 10,5 milyard dollar məbləğində xarici investisiya qoyulmuşdur. Əhəmiyyətlidir ki, bu investisiyaların yarıdan çoxu qeyri-neft sektoruna yönəlmişdir.

Ümumilikdə, 1995-ci ildən etibarən 2013-cü ilin sonunadək Azərbaycan iqtisadiyyatına 83,8 milyard dollar xarici investisiya qoyulmuş və bu vəsaitdən 35 milyard dollar qeyri-neft sektorunun payına düşmüşdür.

Məqalə müəllifi yazır: "Qeyri-neft sektoruna birbaşa xarici sərmayələr üzrə ən böyük investorlar 26 faizlik payla Türkiyə, 16 faizlik payla Böyük Britaniya və 12 faizlik payla ABŞ olmuşdur. Azərbaycanda əsas kapitala xarici investisiya qismində isə Böyük Bitaniyadan 18 milyard, ABŞ-dan 7 milyard, Yaponiyadan 4 milyard dollar vəsait yatırılmışdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti