...

Bakı Vergi Departamentinin rəhbəri məlum oldu

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Fevral 2015 12:32 (UTC +04:00)
Prezident İlham Əliyevin sərəncamı ilə Vergilər Nazirliyinin yeni strukturu təsdiqlənib.
Bakı Vergi Departamentinin rəhbəri məlum oldu

Azərbaycan, Bakı, 3 fevral /Trend, müxbir Azad Həsənli/

Prezident İlham Əliyevin sərəncamı ilə Vergilər Nazirliyinin yeni strukturu təsdiqlənib. Həmin sərəncama görə, Audit Departamenti və Bakı Şəhər Vergilər Departamentinin bazasında vahid Bakı Vergi Departamenti yaradılıb.

Çərşənbə axşamı Trend-ə nazirlikdən verilən məlumata görə, yeni struktura Qabil Məmmədov rəhbərlik edəcək.

Yeni departament ləğv edilmiş iki strukturun funksiyalarını saxlayıb. O, Bakı üzrə vergi daxilolmalarının icrasına və bütün respublika ərazisində auditin keçirilməsinə məsuldur.

Həmçinin nazirlik yanında Xüsusi Rejimli Vergi Xidməti, Vergi Cinayətlərinin İlkin Araşdırılması Departamenti, ərazi vergi idarələri, departamentləri və rayon vergi şöbələri fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti