...

Azərbaycanda 40-dan çox dövlət obyekti hərraca çıxarılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Noyabr 2020 12:53 (UTC +04:00)
Azərbaycanda 40-dan çox dövlət obyekti hərraca çıxarılır

Bakı. Zeyni Cəfərov - Trend:

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dekabrın 22-də növbəti hərrac təşkil edəcək.

Trend bu barədə İqtisadiyyat Nazirliyinə istinadən məlumat verir.

Məlumata əsasən, hərraca 43 dövlət əmlakı çıxarılacaq ki, onlardan 29-u kiçik dövlət müəssisəsi və yarımçıq tikili, 14-ü isə nəqliyyat vasitəsidir.

Xidmət tərəfindən təşkil edilən hərraclarda hər kəsin sərbəst iştirakı təmin edilir. İştirak etmək istəyən şəxslər üçün seçdikləri dövlət əmlakı üzrə elektron sifariş verməklə yanaşı, hərraclara onlayn qoşulmaq imkanı da yaradılıb. Prosesə marağı olanlar hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də elektron resurslardan istifadə etməklə hərracları qeydiyyatsız formada izləyə də bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti