...

Hüseyn Bağırov: Azərbaycanda atmosferə qaz tullantıları artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Mart 2006 15:21 (UTC +04:00)

Azərbaycan müəssisələri hər il atmosferə 35-40 mln ton karbon qazı atır. Trend bildirir ki, Dünya bankının Bakıda təşkil etdiyi "Karbon maliyyələşdirməsi" seminarında çıxış edən ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov bu barədə bəyan edib. Sovet dövründə tullantılar 62 mln. tona çatırdı, amma Sovet ittifaqının süqutundan sonra bu həcm 25-30 mln. tonadək azalıb. Hazırkı tendensiya sənayenin inkişafı fonunda müşahidə olunur və karbon qazı emissiyasının əsas hissəsi köhnəlmiş və modernləşdirilməsi tələb olunan elektrik stansiyalarının payına düşür. DB nümayəndəsi seminarda bildirib ki, Kioto sazişi ona qoşulan bütün ölkələrin qarşısına (2006-cı ilin martına görə bu ölkələrin sayı 162-dir) 2012-ci ilədək tulantıların həcminin bütövlükdə 5-5,5 mlrd. tonadək azaldılması ilə bağlı öhdəlik qoyub. 1990-cı il səviyyəsinədək 5,2%-dək azaldılma ilə bağlı öhdəlik həmin müddətədək müəyyən edilib, çünki 2012-ci ildə protokolun fəaliyyət müddəti bitir. Cəmi 9 karbon portfeli var və DB karbon tullantılarını almağa hazır olduğunu bildirib, amma öncə mexanizmi müəyən etmək lazımdır. Protokolda üç mexanizm - birgə həyata keçirmə, xalis inkişaf mexanizmi və tullantı ticarəti müəyyən edilib.

Q.Bağırovun sözlərinə görə, Azərbayan hazırda yalnız xalis inkişaf mexanizmində iştirak edir. "Ölkədə həmin mexanizm üzrə layihələrin həyata keçirilməsi üçün böyük potensial var, bu Azərbaycan neft-qaz ölkəsi olması və coğrafi yerləşimi ilə bağlıdır. Azərbaycan şirkətləri və təşkilatlarına bərk məişət tullantıları poliqonlarından, neft-qaz sənayesində, eləcə də energetikada karbon və metan qazının azaldılması vasitəsilə metan yığımı üzrə layihələrin gerçəkləşdirilməsinə böyük investisiyalar cəlb oluna bilər" -deyə nazir qeyd edib.

Təkcə "Azərenerji"nin 5 layihəsi ilə 3 mln. ton karbon qazı azaldıla bilər ki, bu da ölkəyə təxminən 10 mln. avro əlavə gəlir cəlb edər. ARDNŞ-in bir yatağındakı 23 neft quyusundan hər il tərkibində 1 mln.m3 səmt qazı olan metan toplana bilər. Bu 15 min ton karbon qazı deməkdir. Bu metanın yığım müvafiq olaraq hər il ARDNŞ-ə ən azı 75 min avro gətirə bilər. Sumqayıtın məişət tullantıları poliqonunda ildə təxminən 80 min ton metan qazı yığıla bilər. Əgər bu, avroya satılsa, onda hər il 240 min avro əldə oluna bilər.

"Üzv ölkələrlə yanaşı bizə də qaz emissiyası artımının aradan qaldırılması tövsiyə olunub. Bu qazın satışına zərurət yoxdur, çünki yeni zavod tikiləndə tullantının böyük həcmi nəzərə alınaraq heç kimdən icazə alınmadan istifadə oluna bilər. Bəzi ölkələr qarşısında Kioto protokolu 2012-ci ilədək tullantı həcmini 5%-12% həddində saxlamaq şərtini qoyub, nəticədə bir sıra ölkələr hətta müəssisələri bağlamalı olacaq və bunun olmaması üçün onlar tullantılara qənaət edərək müəssisələr inşa etmək üçün digər ölkələrə gedəcək. Azərbaycan qarşısında belə bir təhlükə yoxdur" -deyə nazir qeyd edib.

Xəbər lenti

Xəbər lenti