...

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi Bakı bazarlarında çəki daşlarına nəzarəti gücləndirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 İyun 2006 15:04 (UTC +04:00)

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi Bakı bazarlarında çəki daşlarına nəzarəti gücləndirəcək. Trend in xəbər verdiyi kimi, bu barədə təşkilatın direktoru Ramiz Həsənov məlumat verib.

Onun sözlərinə görə, hazırda bazarlarda tərəzilərin əksəriyyəti köhnəlməsi və sıradan çıxması ilə əlaqədar düzgün çəki göstərmir.

"Əhali şəhər bazarlarında bizim fəaliyyətimizi təqdir edir. Biz onlar tərəfindən böyük dəstək gözləyirik. Bunun üçün agentlikdə qaynar xətt üzrə telefonlar fəaliyyət göstərir", - deyə R.Həsənov qeyd edib.

Xəbər lenti

Xəbər lenti