...

Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi yanvar-iyun ayları ərzində keçirilən auksionların yekunlarını açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyul 2007 17:57 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Ü.İsmayılova / Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin məlumatında bildirilir ki, komitə yanvar-iyun ayları ərzində SC-nin qiymətli kağızlarının satışı ilə bağlı 31 auksion keçirib.

Auksionlarda 100 səhmdar cəmiyyətin 4,4 milyon səhmi satılıb.

Bakıda və ölkənin regionlarında kiçik dövlət müəssisələrinin satışı ilə bağlı 250 auksion keçirilib. Birinci yarımil ərzində keçirilən auksionlarda 5 minə yaxın şəxs özəlləşdirilmiş müəssisələrin sahiblərinə çevrilib.

Məlumatda bildirilir ki, birinci yarımil ərzində müəssisələrin qiymətli kağızlarının 300 güzəştli auksionu keçirilib və bu auksionlarda 1700 şəxs iştirak edib.

Altı ay ərzində dövlət müəssisələrinin satılması və icararəyə verilən qeyri-yaşayış obyektlərinin özəlləşdirilməsi üzrə keçirilən auksionlar hesabına 7300 şəxs səhm sahiblərinə çevriliblər.

Xəbər lenti

Xəbər lenti