...

BVF-nin rəhbəri qloballaşma riskləri ilə bağlı xəbərdarlıq edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 İyul 2007 13:48 (UTC +04:00)
BVF-nin rəhbəri qloballaşma riskləri ilə     bağlı  xəbərdarlıq edir

Azərbaycan, Bakı / Trend / Beynəlxalq Valyuta Fondunun rəhbəri Rodriqo Rato iyulun 31-də xəbərdarlıq edib ki, ümumdünya investisiyaları və iqtisadi inkişaf perspektivləri maliyyə qloballaşmasının yaratdığı şəxsi investisiyaların və təhlükələrin həcminin kəskin genişlənməsi səbəbindən riskə məruz qalır, K2Kapitalın verdiyi məlumatda belə deyilir.

Onun sözlərinə görə, ABŞ-ın ipoteka kreditlərinin aşağı reytinqli borc alanlara verilməsi bazarında mövcud olan problemlər belə risklərin bir nümunəsidir. Rato kredit təşkilatlarını fəaliyyət standartlarına yeni nöqteyi-nəzərdən baxmağa və borc alanların maarifləndirilməsinə böyük diqqət ayırmağa çağırıb.

Ratonun sözlərinə görə, şəxsi investisiyalar sahəsində iri kreditlər hesabına maliyyələşən sövdələşmələr uğursuzlıq baş verərsə, arzuolunmaz risklərə gətirib çıxara və kredit bazarına olan çıxış imkanını məhdudlaşdıra bilər. Bu da öz növbəsində "təkcə problemlərin baş qaldırdığı ölkələrldə deyil, bütün dünyada investisiyalara və inkişaf perspektivlərinə mənfi təsir göstərə bilər". Rato bəyan edib ki, tənzimləyici orqanları müvafiq sövdələşmələrə münasitbətdə "sayıq olmağa" və iflası "sistemli nəticələrə" malik ola biləcək sövdələşmələrə xüsusi diqqət ayırmağa inandıracaq.

BVF-nun rəhbəri bildirib ki, maliyyə qloballaşması ilə əlaqdar olan risklərin lazımi səviyyədə qiymətləndirilməməsindən narahatdır. Onun fikrincə, eyni zamanda aşağı reytinqli borc alanlara ipoteka kreditinin təqdim edilməsi bazarında baş verən itkilər nəticəsində meydana gələn risklər o qədər də yüksək deyil.

Bu itkilərin miqyası "əmanət və kreditlər sahəsində baş verən böhranlar zamanı meydana gələn itkilərin miqyasından xeyli azdır".

Rato qeyd edib ki, ABŞ-da inkişafın gözlənilən ləngiməsinin mənfi təsirinə baxmayaraq bütün dünyada və inkişaf edən iqtisadiyyata malik olan Asiya ölkələrində iqtisadi inkişaf üzrə proqnozlər "ümumilikdə yaxşıdır".

Ötən həftə çap olunan sonuncu proqnozunda BVF bəyan edib ki, 2006-cı ilin 5,5% göstəricisi ilə müqayisdə 2007 və 2008-ci illərdə dünyanın iqtisadi inkişafının 5,2% olacağını gözləyir.

Halbuki Ratonun sözlərinə görə, Asiyanın güclü kapital axını hesabına inkişaf edən iqtisadiyyatı maliyyə böhranları baş qaldırdığı halda bu axınların kəskin güclənməsindən əziyyət çəkə bilər.

Xəbər lenti

Xəbər lenti