...

Azərbaycan AİB ölkələri üçün MDG-nın statistika və hesabat metodologiyasını təqim edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Avqust 2007 19:18 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Xəlilova / Oktyabrın 1-3- də AİB-in baş ofisində Millennium Development Goal Statistics (MDG Statistics) tədbirinin keçirilməsi planlaşdırılır, tədbirdə Azərbaycan tərəfindən Dövlət Statistika Komitəsinin nümayəndələri iştirak edəcək, cümə günü Asiya İnkişaf Bankının Bakı nümayəndəliyindən verilən məlumatda belə deyilir.

Azərbaycana ölkədə yoxsulluğun statistika metodologiyası və MDG üzrə hesabatın təqdimatı ilə çıxış etmək təklif olunub.

2006-cı ilin yekunlarına əsasən Azərbaycanda yoxsulluq səviyyəsi 20,8% azalıb. Bu göstəricinin hesabı 58 manat həcmində olan aylıq yaşayış minimumunun əsasında arparılıb.

Yoxsulluğun azaldılması üzrə birinci dövlət proqramının (2003-2005) nəticələrinə əsasən ölkədə yoxsulluq səviyyəsi 29%-ə qədər azalıb, bu göstərici 2004-cü ildə 49% təşkil edib.

Xəbər lenti

Xəbər lenti