...

Azərbaycan "Şahdəniz" yatağından təqribən 1 mlrd. kubmetr qaz alıb

Energetika Materials 5 Oktyabr 2007 17:51 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Yanvar-sentyabr aylarınada Azərbaycan "Şahdəniz" qaz-kondensat yatağından 98,82 mln. kubmetr (proqnzdan 22,1 faiz çox) qaz alıb. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətindən məlumat verilib. Sentyabr ayında yataqdan 133,88 mln. kunbmetr qaz nverilib.

Hazırda yataqda üç quyu fəaliyyət göstərir. Sutkalıq potensial debit təqribən 15 mln. kubmetr qaz təşkil edir.

Noyabr ayında yataqda dördüncü quyu fəaliyyətə göstərməyə başlayacaq. Dördüncü quyu fəaliyyətə başladıqdan sonra sutkalıq debitin daha 5 mln. kubmetr artacağı proqnozlaşdırılır.

"Şahdəniz" yatağından "Mərhələ- 1" çərçivəsində ildə 8,6 mlrd. kumetr qaz hasil olunacaq.

Xəbər lenti

Xəbər lenti