...

Prezident İlham Əliyev: "Odessa-Brodı-Plotsk" layihəsi Xəzər, Qara və Baltik dənizi regionları arasında regional əməkdaşlıq imkanlarını artıracaq"

Energetika Materials 11 Oktyabr 2007 13:22 (UTC +04:00)
Prezident İlham Əliyev: "Odessa-Brodı-Plotsk" layihəsi Xəzər, Qara və Baltik dənizi regionları arasında regional əməkdaşlıq imkanlarını artıracaq"

Azərbaycan, Bakı / Trend müxbir A. Qasımova/ "Odessa-Brodı-Plotsk" kəməri Azərbaycan üçün çox mühüm olan enerji layihəsidir və bu layihənin sayəsində Xəzər, Qara və Baltik dənizi regionları arasında regional əməkdaşlıq imkanları artacaq. Bu barədə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Vilnüsdə (Litva) keçirilən beynəlxalq energetika forumunda çıxışı zamanı bəyan edib.

"Hazırda ölkənin "Nabukko" layihəsində iştirak imkanları nəzərdən keçirilir ki, Azərbaycanın bu layihədə iştirakı ölkənin sürətlə inkişaf etməsinə imkan yaradacaq. Biz Avropa ilə birlikdə investisiya layihələri planlaşdırmalıyıq. Yalnız istehsalçıların və istehlakçıların qarşılıqlı marağı əsasında uğur qazanmaq mümkündür. İqtisadiyyatda qarşıdurma deyil, rəqabət hökm sürməlidir. Biz birgə çalışmalı və səylərimizi birləşdirməliyik" - deyə prezident Əliyev bildirib.

Azərbaycan hələ Avropada enerji təhlukəsizliyi məsələsi vacib məsələyə çevrildikdən öncə yeni enerji strategiyasına başlayıb. "Hələ 1994-cü ildə biz Xəzər dənizini beynəlxalq əməkdaşlıq üçün açıq elan etdik. Qısa müddət ərzində biz dörd boru kəməri istifadəyə verdik" - deyə Azərbaycan prezidenti bildirib.

Azərbaycan və Aİ enerji tərəfdaşlığına dair memorandum imzalayıb ki, bu memorandum Azərbaycan və Aİ-ni yaxınlaşdırıb. "Azərbaycan qaz ixrac edən ölkəyə çevrilib, bizim hasil etdiyimiz qaz Gürcüstan və Türkiyəyə ixrac olunur və tezliklə qaz Avropa ölkələrinə də ixrac olunacaq" - deyə prezident Əliyev bildirib.

"Bizim hesablamalarımıza görə, qaz 150 il müddətinə bəs edəcək. Bizim bir çox qaz strukturlarımız da var ki, onlar gələcəkdə də inkişaf edəcək" - deyə prezident çıxışı zamanı bildirib.

Xəbər lenti

Xəbər lenti