Azərbaycan, Bakı / Trend , müxbir S.Əliyev/
"AZERİ-ÇİRAQ-GÜNƏŞLİ"
Azəri"- "Çıraq"- "Günəşli" yatağından hasilatın pay bölgüsü barədə razılıq 1994-cü ildə imzalanıb. Müqavilə "Azəri"- "Çıraq"- "Günəşli" müqavilə sahəsinin 30 ilə ərzində işlənməsini nəzərdə tutur. "Çıraq" yatağında hasilat 1997-ci ildə, "Mərkəzi Azəri"də 2005-ci ilin əvvəlində, "Qərbi Azəri"də 2006-cı ilin əvvəlində, "Şərqi Azəri"də isə, 2006-cı ilin sonunda başlanıb. "Günəşli" yatağının dərin su hissələrində hasilata 2008-ci ilin ortalarında başlanması nəzərdə tutulur. "Azəri-Çıraq- Günəşli" yatağından hasil olunan neftin pay bölgüsü barədə müqavilənin tərəfdaşları aşağıdakılardır: BP (operator- 34,1%), "ChevronTexaco" (10, 2814%), ARDNŞ (10%), İNPEX (10%), "Statoil" (8, 5633%), "ExxonMobil" (8,006%), TRAO (6,75%), "Devon Energy" (5,6262%), "İtochu" (3,9205%), "Delta Hess" (2,7213). Layihəyə lazımi kapital yatırımları 20 mlrd. dollar təşkil edir.
Layihənin statusu:
2007-ci ilin yanvar-noyabr ayı ərzində Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) müqavilə sahəsində, 2006-cı ilin yanvar-noyabr aylarının 20,962 mln. ton göstəricisi ilə müqayisədə, 30 mln. ton neft hasil edib. 2007-ci ilin yanvar-noyabr ayları ərzində "Çıraq" yatağında 2006-cı ilin yanvar-noyabr aylarının 6,398 mln. ton göstəricisi ilə müqayisədə 5,858 mln. ton neft hasil olunub. Bu dövr ərzində "Azəri" yatağında, 2006-cı ilin analoji dövrünün 14,564 mln. ton göstəricisi ilə müqayisədə, 24,172 mln. ton neft hasil olunub.
2006-cı ildə ABƏŞ müqavilə sahəsində 23,260 mln. ton "Azəri Light" markalı neft hasil edib ki, bu da 2005-ci ilin göstəricisindən 13,074 mln. ton çoxdur. 2006-cı ildə "Çıraq" yatağında 2005-ci ilin 7,028 mln. ton göstəricisi ilə müqayisədə 6,977 mln. ton neft hasil olunub. 2006-cı ildə "Azəri" yatağında 2005-ci ilin 6,109 mln. ton göstəricisi ilə müqayisədə 16,283 mln. ton neft hasil olunub.
"ŞAHDƏNİZ"
"Şahdəniz" yatağının işlənməsinə dair müqavilə 1996-cı il, iyunun 4-də imzlanıb. "Şahdəniz" layihəsində hasilatın iştirakçı payına dair müqavilənin iştirakçıları BP (operator-25,5%), "StatoilHydro " (25,5%), Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ 10%), "LUKAgip" (10% ), NİCO (10%), "Total"(l0%), və TRAO (9%) şirkətləridir. Yataqda qaz hasilatı 2006-cı ilin dekabrında başlanıb. Hazırda qaz Cənub Qafqaz qaz kəməri vasitəsilə Gürcüstan və Türkiyəyə nəql olunur. Azərbaycan da bu qazın alıcısı qismində çıxış edir.
Layihənin statusu:
Yanvar-noyabr ayları ərzində "Şahdəniz" yatağında 2 mlrd. 609 mln. kubmetr qaz hasil olunub. Hazırda yataqda üç quyu işləyir, bu quyulardan sutkada 16 mln. kubmetr qaz hasil olunur. Dördüncü quyunun istismara verilməsi prosesi gedir, bu quyunun istismara verilməsi nəticəsində, sutkada 22 mln. kubmetr qaz hasil etmək mümkün olacaq. Gələn il daha iki quyunun istismara verilməsi nəzərdə tutulur.
"İNAM"
"İnam" perspektiv dəniz strukturunun işlənməsi üzrə səhmdarların pay bölgüsü aşağıdakı kimidir: ARDNŞ- 50%, BP- 25%, Koreyanın Milli Neft Şirkəti - 20%, RD/Shell - 5%. Müqavilənin şərtlərinə əsasən, sənaye əhəmiyyətli neftin aşkar olunduğu təqdirdə, yataq 25 il istismar olunacaq. Burada neft ehtiyatları 1,4-2 mlrd. barel həcmində qiymətləndirilir.
Layihənin statusu:
Hazırda perspektiv strukturda ikinci kəşfiyyat quyusunun təkrar qazma işləri gedir. Quyunun qazılmasına noyabr ayında başlanıb, quyu 1000 metr dəriniyində qazılıb, lakin 500 metr dərinliyində yan sütun dərinliyə doğru hərəkət etməyib. Texniki işlərin təhlükəsizliyini təmin etmək məqsədilə, "İstiqlal" qazma qurğusu müqavilə sahəsində əvvəlcədən müəyyənləşdirilmiş nöqtəyə 50 metr məsafədə irəli çəkilib və qazma işlərinə təkrarən başlanıb. Cədvələ əsasən, quyuda qazma işləri 200 gündən çox davam edəcək.
"ARAZ-ALOV-ŞƏRQ"
"Araz-Alov-Şərq" perspektiv dəniz strukturunun işlənməsi layihəsi üzrə tərəfdaşlara BP (operator) - 13%, Norveçin "Statoil" şirkəti - 15%, Amerikanın "ExxonMobil" şirkəti - 15%, Türkiyənin TRAO şirkəti - 10%, Kanadanın "Alberta Energy" şirkəti - 5% və ARDNŞ - 10% daxildir. Layihə üçün tələb olunan kapital yatırımları 4 mlrd. dollar təşkil edir.
Layihənin statusu:
Layihə Azərbaycan və İran arasında Xəzərin statusu məsələsinin həllinə qədər dondurulub.
"YALAMA" (D-222 bloku)
"Yalama" dəniz yatağının işlənməsi üzrə layihə (D-222 bloku) 3 iyul 1997-ci il tarixində hazırlanıb. D-222 bloku "Yalama" strukturunun bir hissəsidir və sahildən 30 km məsafədə, 80 metrdən 70 metr dərinliyinə qədər, Xəzərin Azərbaycan və Rusiya sektorlarında bərabər hissələrlə yerləşir. 2003-cü ildə D-222 blokunda kəşfiyyat işlərinin aparılması və blokun işlənməsinə dair əlavə şərtlərlə bağlı razılaşma zərfi imzalanıb, müqavilə "LUKOYL"un layihədə payının 80% -dək artırılması və müqavilə sahəsinin 3 min kv. km - qədər genişləndirilməsini nəzərdə tutur. 2006-cı ildə kəşfiyyat dövrü 2009-cu il, noyabrın 1-dək uzadılıb.
Layihənin statusu:
2004-cü ildə blokun seysmik tədqiqat işləri başa çatıb və axtarış quyusunun qazma işlərinə başlanıb. 2005-ci ildə ilk axtarış quyusunun qazma işləri başa çatıb. Qazma zamanı kommersiya əhmiyyətli karbohidrat ehtiyatları aşkar olunmayıb. Gələn il bu yataqda ikinci kəşfiyyat quyusunun qazılması nəzərdə tutulur. Qazma işlərinin Danimarkanın "Maersk" şirkətinə məxsus olan Heydər Əliyev adına qazma qurğusu vasitəsilə həyata keçirilməsi ehtimal olunur.
"KÜRSƏNGİ-QARABAĞLI"
"Kürsəngi-Qarabağlı" quru yatağının işlənməsi üzrə müqavilənin fəaliyyət müddəti 25 ildir. Layihənin səhmdarları aşağıdakılardır: ARDNŞ - 50%, iki Çin şirkəti, "China National Oil & Gas Exploration and Development Corp." (CNODC) və CNPC (Hong Kong) Ltd (CNPCHK) - 25%.
Layihənin statusu:
Yataqların işlənməs üçün yaradılan "Salyan Oil" əməliyyat şikəti quruda neft və qaz hasilatı ilə məşğul olan, eyni zamanda, ən iri xarici kapitala malik olan Azərbaycan şirkətidir. Yanvar-noyabr ayları ərzində şirkət 285, 2 min ton neft hasil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 2% azdır. Şirkət bu dövr ərzində, eləcə də 43,2 mln. kubmetr qaz hasil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 20,4% çoxdur. 2008-ci ildə "Salyan Oil" müqavilə sahəsində iki istismar quyusu qazmağı planlaşdırır.
"MİŞOVDAĞ-KƏLAMƏDDİN"
"Mişovdağ-Kəlaməddin" quru yatağının işlənməsinə dair müqavilə 2000-ci il oktyabrın 12-də imzalanıb. Layihənin iştirakçıları : "Nations Energy" - 85%, ARDNŞ- 15%.
Layihənin statusu:
Bu yataqların işlənməsi üçün yaradılan "Karasu Operating Company" yanvar-noyabr aylarında 242,2 min ton neft hasil edib ki, bu da ötən ilin göstəricisindən 13,3% azdır. Şirkət bu dövr ərzində 4,2 mln. kubmetr qaz hasil edib və bu, ötən ilin analoji dövrünün göstəricisindən 20,4% çoxdur. Şirkət 2008-ci ildə müqavilə sahəsində neft-qaz əməliyyatarının aparılması üzrə İş Proqramının hazırlanmasını başa çatdırıb. Sənəd artıq ARDNŞ ilə razılaşdırılıb. 2008-ci ildə "Mişovdağ" yatağında işlərin sürətləndirilməsi, yeni istismar quyularının qazılması, suyun əks istiqamətdə təbəqələrə vurulması nəzərdə tutulur.
"PADAR-HƏRAMİ"
"Padar-Hərami" quru yatağının işlənməsi üzrə müqavilə 1999-cu il aprelin 27-də imzalanıb. Layihənin iştirakçıları "Nations Energy" (80%), ARDNŞ- (20%).
Layihənin statusu:
Bu yatağın işlənməsi ilə məşğul olan "Kura Valley" əməliyyat şirkəti neft hasilatına bu il başlayıb və 1465 ton neft hasil edib.
"GÜROVDAĞ"
"Gürovdağ" quru yatağının işlənməsinə dair PSA tipli müqavilə 2004-cü il noyabrın 4-də imzalanıb. Müqavilənin iştirakçıları aşağıdakıl kimidir: ARDNŞ 50%, "Caspian Energy Group" 50%. "Gürovdağ" yatağı 1929-cu ildə açılıb, istismar 1955-ci ildə başlanıb.
Layihənin statusu:
2007-ci ilin yanvarında bu quru yatağında 197,7 min ton neft hasil olunub ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 7% azdır. Yataqda, eyni zamanda, 22 mln. 064 min kubmetr qaz hasil olunub ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 35,3% çoxdur.
"CƏNUB - QƏRBİ QOBUSTAN"
"Cənub - Qərbi Qobustan" quru yatağının işlənməsi üzrə müqavilə 1998-ci il iyunun 2-də imzalanıb. "Gobustan Operating Company" (GOC) PSA müqaviləsi üzrə "Cənub - Qərbi Qobustan" blokunun iqlənməsi ilə məşğuldur. GOC-da iştirakın 80%-i "Commonwealth Gobustan Limited" şirkəti, 20%-i isə ARDNŞ üzrə möhkəmləndirilib. "Commonwealth Gobustan Limited"-də 37,17% "Arawak Energy", 62,83% isə "China National Petroleum Company" şirkətlər qrupuna məxsusdur.
Layihənin statusu:
2007-ci ilin yanvar-noyabr aylarında əməliyyat şirkəti tərəfindən işlənən yataqda 3,3 min tona yaxıni neft hasil olunub. Bu göstərici ötən ilin analoji dövrünün göstəricisindən 20,9% çoxdur. Bu ilin 11 ayı ərzində əməliyyat şirkəti 21 mln. 468 min kubmetr qaz hasil edib ki, bu da ötən iin analoji dövrünün göstəricisindən 44,6% azdır. Şirkət Azərbaycan Dövlət Neft Şirkətinin yatağından təbi qazın satışını həyata keçiir.
"BİNƏQƏDİ"
"Binəqədi" quru yatağının işlənməsinə dair müqavilə 2004-cü il sentyabrın 29-da imzalanıb. Müqavilənin iştirakçıları aşağıdakı kimidir: ARDNŞ - 25%, "AzEN Oil" - 75%.
Layihənin statusu:
Yanvar-noyabr ayları ərzində "Binagadi Oil" əməliyyat şirkəti tərəfindən müqavilə sahəsində 108 min 136 ton neft hasil olunub. Bu göstərici ötən ilin göstəricisindən 19,4% çoxdur. 11 ay ərzində əməliyyat şirkəti 3 mln. 977 min kubmetr qaz hasil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 27,4% azdır.
"QARAÇUXUR"
"Qaraçuxur" quru yatağının işlənməsinə dair müqavilə 2004-cü il, iyunun 18-də imzalanıb. Müqavilənin iştirakçıları aşağıdakı kimidir: ARDNŞ - 25%, "Noble Sky" - 75%.
Layihənin statusu:
"Qaracuxur" əməliyyat şirkəti yanvar-noyabr ayları ərzində 9 min 842 ton neft hasil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 66,1% çoxdur. 11 ay ərzində əməliyyat şirkəti 6 mln. 584 min kubmetr qaz hasil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 2,7% azdır.
"HÖVSAN-ZIĞ"
"Hövsan-Zığ" quru yatağının işlənməsinə dair müqavilə 2006-cı il noyabrın 3-də imzalanıb. Müqavilənin iştirakçıları aşağdakı kimidir: ARDNŞ - 25%, "Russneft" - 75%.
Layihənin statusu:
2007-ci ilin yanvar-noyabr ayları ərzində bu quru yataqlarında hasilatın həcmi 11 min ton neft və 1 mln. 351 min kubmetr qaz təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə, müvafiq olaraq, 26,4% və 62,1% azdır.
"PİRSAAT"
"Pirsaat" quru yatağının işlənməsinə dair müqavilə 2003-cü il iyunun 4-də imzalanıb. Müqavilənin iştirakçıları aşağıdakı kimidir: ARDNŞ - 20%, "Shengli Oil" 50%, "Middle East Petrol"- 30%.
Layihənin statusu:
Bu il müqavilə sahəsinə daxil olan yataqlarda 7,8 min ton neft hasil olunub ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 26,4% çoxdur. 2007-ci ilin yanvar-noyabr ayları ərzində qaz hasilatı 29 min kubmetr təşkil edib ki, bu da ötən ilin göstəricisindən 67,8% azdır.
"SURAXANI"
"Suraxanı" quru yatağının işlənməsi və reabilitasiyası üzrə PSA tipli müqavilə 2005-ci ilin avqustunda imzalanıb. Müqavilədə Dubayın "Rafii Oil" şirkəti 75%, ARDNŞ 25% əldə edib. "Suraxanı" yatağı 1904-cü ildə açılıb. yataqdan hasilatın maksimal həddi 1931-ci ildə qeydə alınıb, həmin dövrdə 4,189 mln. ton neft hasil olunub.
Layihənin statusu:
Bu il əməliyyat şirkəti müqavilə sahəsində 118 min ton neft hasil edib ki, bu da ötən ildəkindən 18,8% çoxdur. 2007-ci ilin yanvar-noyabr aylarında 2,2 mln. kubmetr qaz hasil olunub ki, bu da ötən ilin göstəricisindən 101,9% çoxdur.
"NEFTÇALA", "XİLLI", "BABAZƏNN"
1993-cü ilin fevralında yaradılan "Anshad Petrol" BM (müqavilənin müddəti 20 ildir) "Neftçala", "Xillı", "Babazənn" müqavilə sahəsindəki quyulardan neft və qaz hasil edir. "Anshad Petrol" BM 1993-cü ildə ARDNŞ və Türkiyənin "Atilla Dogan Petrol" şirkəti arasında keçmiş "Neftçalaneft" NQÇİ-nin əsasında yaradılıb. 1994-1996-cı illərdə "Anshad Petrol" un operatoru "Atilla Dogan Petrol" şirkəti olub, lakin 1997-ci ildən ARDNŞ bu funksiyanı öz üzərinə götürüb. 1995-ci Malaziyanın "Land and General Berhad" şirkəti "Atilla Dogan Petrol"un payının 17,15%-ni alaraq layihənin iştirakçısına çevrilib.
Layihənin statusu:
2007-ci ilin yanvar-noyabr ayları ərzində şirkət yataqda 43 min ton neft hasil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 0,4% azdır. BM 23 mln. kubmetr qaz hasil edib və bu ötən ilin analoji dövrünün göstəricisindən 18,6% azdır.
"RAMANA"
"AzGerneft" BM 1995-ci il fevralın 1-də yaradılıb. Müqavilənin fəaliyyət müddəti 25 ildir. ARDNŞ və Almaniyanın "Grunewald International" şirkəti tərəfindən "Ramana" yatağının reabilitasiyası məqsədilə "Balaxanı neft" NQÇİ-nin 7-ci mədəninin bazasında yaradılan BM-in ümumi sahəsi 662 ha təşkil edir. ARDNŞ 40%, Almaniya şirkəti isə 60% iştirak payına malikdir.
Layihənin statusu:
2007-ci yanvar-noyabr ayı ərzində BM yataqda 64,8 min ton neft hasil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 1,3% çoxdur. Yataqda 265 min kubmetr qaz hasil olunub və bu ötən ilin analoji dövrünün göstəricisinə bərabərdir.
"ƏŞRƏFİ-DAN-ULDUZU"
"Əşrəfi-Dan-Ulduzu" perspektiv dəniz strukturunun işlənməsinə dair müqavilə 1996-cı il, dekabrın 14-də imzalanıb. Layihənin iştirakçıları aşağıdakı kimidir: BP - 30%, "Unokal" - 25,5%, "Itochu" - 20%, "Delta Hess" - 4,5%, ARDNŞ - 20%.
Layihənin statusu:
Layihə kommersiya baxımından əhəmiyyətsiz karbohidrat ehtiyatlarının aşkar olunması ilə bağlı olaraq bağlanıb. Hazırda Almaniyanın "Wintershall" şirkəti "Əşrəfi" strukturunun işlənməsində maraqlıdır.
"ABŞERON"
"Abşeron" dəniz perspektiv strukturu üzrə tərəfdaşlara aşağıdakılar daxil olub: Amerikanın "ChevronTexaco" (operator) - 30%, ARDNŞ - 50%, Fransanın "Total" şirkəti - 20%. Layihənin reallaşmasına tələb olunan kapital yatırımlarının həcmi 3-4 mlrd. dollar təşkil edib.
Layihənin statusu:
Layihə kommersiya baxımından əhəmiyyətsiz karbohidrat ehtiyatlarının aşkar olunması ilə bağlı olaraq bağlanıb. Hazırda Fransanın "Total" şirkəti bu layihənin reallaşmasına maraq göstərir.
"ATƏŞGAH-YANAN-TAVA-MUĞAN-DƏNİZ"
"Atəşgah-Yanan-Tava-Muğan-Dəniz" perspektiv dəniz strukturunun işlənməsi üzrə layihədə oprerator vəzifəsini Yaponiyanın JAPEX şirkəti icra edir və şirkət 22,5% iştirak payına malikdir. Müqavilənin iştirakçılarına aşağıdakılar da daxildir: ARDNŞ - 50%, Yaponiyanın İNREX şirkəti - 12,5%, İTOCHU şirkəti "Teykoku" şirkəti ilə birlikdə 7,5%. Layihə üçün tələb olunan kapital yatırımlarının ümumi həcmi 2,3 mlrd. dollar dəyərində qiymətləndirilir.
Layihənin statusu:
Layihə kommersiya baxımından əhəmiyyətsiz karbohidrat ehtiyatlarının aşkar olunması ilə bağlı olaraq bağlanıb.
"ZƏFƏR-MƏŞƏL"
"Zəfər-Məşəl" dəniz perspektiv strukturunun işlənməsi üzrə müqavilə Amerikanın "ExxonMobil" şirkəti və ARDNŞ arasında 1999-cu il aprelin 27-də imzalanıb. Layihənin iştirak payının 50%-i ARDNŞ-ə, 30% -i isə "ExxonMobil"-ə məxsus idi. 2000-ci ildə yerə qalan 20% Amerikanın "ConocoPhillips" şirkətinə verilib. Layihəyə qoyulan investisiyalar 2 mlrd. dollar dəyərində qiymətləndirilib, neft ehtiyatının proqnozlaşdırılan həcmi isə, 140 mln. ton həcmində qiymətləndirilib.
Layihənin statusu:
Layihə kmmersiya baxımından əhəmiyyətsiz karbohidrat ehtiyatlarının aşkar olunması ilə bağlı olaraq bağlanıb.
"QARABAĞ"
"Qarabağ" perspektiv dəniz strukturunun işlənməsinə dair müqavilə 1995-ci il noyabrın 10-da imzalanıb. Layihənin iştirakçıları aşağdakı kimidir: "LukAgip" - 45,5%, "Pennzoil" - 30%, LUKOİL - 12%, "Agip" - 5%, ARDNŞ - 7,5%.
Layihənin statusu:
Layihə kommersiya baxımından əhəmiyyətsiz karbohidrat ehtiyatlarının aşkar olunması ilə bağlı olaraq bağlanıb.
"KÜRDAŞI"
"Kürdaşı"- "Araz-Dəniz" və "Kirgan- -Dəniz" dəniz yataqları blokunun kəşfiyyat işləri və işlənməsinə dair müqavilə 1998-ci il iyunun 2-də ARDNŞ (50%), İtaliyanın "Agip" (25%), Yaponiyanın "Mitsui" (15%), Türkiyənin TRAO (5%) və İspaniyanın "Repsol" şirkətləri arasında imzalanıb.
Layihənin statusu:
Layihə kommersiya baxımından əhəmiyyətsiz karbohidrat ehtiyatlarının aşkar olunması ilə bağlı olaraq bağlanıb.
"LƏNKƏRAN-TALIŞ-DƏNİZ"
"Lənkəran-Talış-Dəniz" perspektiv dəniz yataqlarının işlənməsi üzrə müqavilə 1997-ci il yanvarın 13-də imzalanıb. Layihənin iştirakçıları aşağdakılar olub: "Total" - 35%;, OEİC - 10%, "Wintershall" 30%, ARDNŞ - 25%.
Layihənin statusu:
Layihə kommersiya baxımından əhəmiyyətsiz karbohidrat ehtiyatlarının aşkar olunması ilə bağlı olaraq bağlanıb.
"LERİK-DƏNİZ"
"Lerik dəniz" perspektiv dəniz strukturunun işlənməsinə dair müqavilə 1999-cu il aprelin 27-də imzalanıb. Müqavilənin iştirakçıları aşağıdakı kimi olub: ARDNŞ - 50%, "ExxonMobil" 30%, digər xarici neft şirkətləri - 20%.
Layihənin statusu:
Layihə kommersiya baxımından əhəmiyyətsiz karbohidrat ehtiyatlarının aşkar olunması ilə bağlı olaraq bağlanıb.
"MURADXANLI"
"Muradxanlı" quru yatağının işlənməsinə dair müqavilə 1998-ci il iyulun 21-də imzalanıb. Layihənin iştirakçıları aşağıdakı kimi olub: "Ramco" - 50%, ARDNŞ - 50%.
Layihənin statusu:
Layihə kommersiya baxımından əhəmiyyətsiz karbohidrat ehtiyatlarının aşkar olunması ilə bağlı olaraq bağlanıb.
"NAXÇIVAN"
"Naxçıvan" perspektiv dəniz strukturunun işlənməsinə dair müqavilə 1997-ci il avaqustun 1-də imzalanıb. Layihənin iştirakçıları aşağıdakı kimi olub: "ExxonMobil" - 50%, ARDNŞ - 50%.
Layihənin statusu:
Layihə kommersiya baxımından əhəmiyyətsiz karbohidrat ehtiyatlarının aşkar olunması ilə bağlı olaraq bağlanıb.
"OĞUZ"
"Oğuz" perspektiv dəniz strukturunun işlənməsinə dair müqavilə 1997-ci il avqustun 1-də imzalanıb. Layihənin iştiraksıları aşağıdakı kimi olub: "ExxonMobil", ARDNŞ - 50%.
Layihənin statusu:
Layihə kommersiya baxımından əhəmiyyətsiz karbohidrat ehtiyatlarının aşkar olunması ilə əlaqədar bağlanıb.
"SAVALAN"
"Savalan" perspektiv dəniz strukturunun işlənməsinə dair müqavilə 1999-cu il aprelin 27-də imzalanıb.
Layihənin statusu:
Müqavilə hələ Azərbaycan parlamenti tərəfindən ratifikasiya olunmayıb. Layişənin iştirakçıları aşağıdakı kimidir: "ExxonMobil" - 50%, layihənin 20%-i hələ bölünməyib.