...

"Nabukko" qaz kəməri layihəsinin tezliklə həyata keçirilməsi lazımdır – Macarıstanın baş naziri

Energetika Materials 7 İyul 2008 17:32 (UTC +04:00)
"Nabukko" qaz kəməri layihəsinin tezliklə həyata keçirilməsi lazımdır – Macarıstanın baş naziri

Azərbaycan, Bakı, 07 iyul / Trend , müxbir A.Bədəlova, R.Novruzov/ Macarıstan Azərbaycana Avropaya enerji tədarükünün diversifikasiyasında mühüm rol oynaya biləcək ölkə kimi baxır.

"Enerji ehtiyatlarının diversifikasiyası Avropa üçün prioritetdir və burada Azərbaycana mühüm yer verilir", - deyə bazar ertəsi Bakıda jurnalistlərə Macarıstanın Baş naziri Ferents Dyurçan (Ferenc Gyurcsany) bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı (Aİ) ilə əməkdaşlıq etmək Azərbaycan üçün sərfəli olacaq;Aİ böyük perspektivlərə malikdir.

"Nabukko" qaz layihəsi Avropa üçün böyük əhəmiyyət kəsb edir və "Cənub axını" üzərində üstünlüyü var.

" "Nabukko" layihəsinin tezliklə gözlənilən şəkildə həyata keçirilməsi lazımdır. Biz maraqlar tapmalıyıq və onları reallaşdırmağa başlamalıyıq", - deyə Macarıstanın Baş naziri bildrib.

3,3 min km uzunluğunda olan "Nabukko" qaz kəməri layihəsi çərçivəsində, qazın Mərkəzi Asiyadan, Rusiyadan yan keçməklə, Aİ ölkələrinə, ilk növbədə, Avstriya və Almaniyaya tədarükü nəzərdə tutulur. Layihənin gücü ildə 26-32 mlrd. kubmetr qazdır. Tikintinin 2013-cü ilədək başa çatdırılması planlaşdırılır.

Qaz kəməri layihəsinin tikintisi üzrə Konsorsiumda iştirak edən şirkətlər: OMV Gas GmbH (Avstriya), Botas (Türkiyə), Bulgargaz (Bolqarıstan), S.N.T.G.N. Transgaz S.A. (Rumıniya), MOL Natural Gas Transmission Company Ltd. (Macarıstan), RWE (Almaniya).

Qaz kəməri layihəsi qazın Mərkəzi Asiya və Azərbaycan yataqlarından tədarükünü nəzərdə tutur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: capital

Xəbər lenti

Xəbər lenti