...

Qazaxıstan Bakı-Supsa boru kəməri üzrə neft nəqli ilə maraqlanır - diplomat

Energetika Materials 9 İyul 2008 14:02 (UTC +04:00)
Qazaxıstan Bakı-Supsa boru kəməri üzrə neft nəqli ilə maraqlanır - diplomat

Azərbaycan, Bakı, 09 iyul/ Trend , müxbir İ.Əlizadə/ Qazaxıstan Azərbaycan və Gürcüstan ərazisindən keçərək Qara dəniz Supsa terminalınadək uzanan Bakı-Supsa boru kəməri ilə maraqlanır, - çərşənbə günü Bakıda olan Azərbaycanın Qazaxıstandakı səfiri Lətif Qəndilov bildirib.

2006-cı ilin payızınadək Bakı-Supsa boru kəməri üzrə BP-nin operatororu olduğu "Azəri-Çıraq-Günəşli" yatağında hasil edilən yüngül Azərbaycan nefti nəql edilib. 2006-cı ilin payızından təmir işləri ilə əlaqədar olaraq, neft nəqli dayandırılıb. Hazırda boru kəmərlərinin təmiri başa çatdırılıb. Bakı-Supsa-ya Azeri Light növlü neft vurulur.

Bakı-Supsa boru kəmərinin uzunluğu 827 km. təşkil edir. Neftin nəqlinin həcmi ildə 6 milyon tondur.

Qəndilovun sözlərinə görə, Qazaxıstan Bakıdan Qara dənizdə yerləşən Batumi limanınadək yeni boru kəmərinin tikintisi üzrə məsələni nəzərdən keçirir.

Analoji marağı əvvəllər Trend -ın Astanadakı şəxsi müxbirinə KazEnergy Assosiasiyasının sədri Timur Kulibayev da bildirib. Onu dediyinə görə, ilkin mərhələdə yeni boru kəməri vasitəsilə ildə 10 milyonadək Qazaxıstan neftinin, o cümlədən Amerikanın "ChevronTexaco" şirkətinin operatoru olduğu "Tengiz" yatağından neftin nəqli nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti