...

Türkmənistan enerji daşıyıcılarının satış bazarlarının və iqtisadiyyatının diversifikasiyasına daha böyük diqqət ayıracaq – ekspertlər

Energetika Materials 7 Yanvar 2009 20:16 (UTC +04:00)
Türkmənistan enerji daşıyıcılarının satış bazarlarının və iqtisadiyyatının diversifikasiyasına daha böyük diqqət ayıracaq – ekspertlər

Azərbaycan, Bakı, 07 yanvar/ Trend , müxbir E.Həsənov/  Rusiya və Ukrayna arasında qaz böhranının kəskinləşməsi, qlobal iqtisadi tənəzzül fonunda, Türkmənistan enerji daşıyıcılarının satış bazarına daha çox diqqət yetirəcək və öz iqtisadiyyatının çoxvektorluluğunu möhkəmləndirəcək, - yerli ekspertlər hesab edirlər.

"Sonuncu xəbərlərin dramatikliyi belədir ki, qaz "Klondayklarının" olması hələ uğura zəmanət deyil. Həmişə alternativ marşrutlar lazımdır. Və "Holland xəstəliyinin" [xəzinənin xammal tədarüklərindən asılılığı] əsiri olmamaq üçün, daxili ehtiyatlara söykənmək lazımdır. Çox ehtimal ki, Türkmənistan rəhbərliyi məhz bu məqamlara üstünlük verəcək", - türkmənistanlı iqtisadçı anonimlik şərtləri ilə telefonla bildirib.

Onun rəyinə görə, Türkmənistan,  alıcıların tranzit dövlət olan Özbəkistanla müqavilələri olmadığından, Tacikistana və Əfqanıstanın bir hissəsinə elektrik enerjisi tədarükləri ətrafında, şərti olaraq desək, "güzgü vəziyyəti" ilə qarşılaşıb. Fərq ondan ibarətdir ki, əllərində tranzit müqaviləsi olan Rusiya və Ukrayna bilavasitə Ukrayna bazarı üçün qiymətdə razılığa gələ bilmirlər və bununla belə, tranzit məsələsi "təzyiq vasitəsinə" çevrilib.

Məlum olduğu kimi, rəsmi Aşqabad xammal idxalçılarına kəskin tranzit debatlarını güzəştə gedərək, enerji daşıyıcılarını öz sərhədlərində satır. Təbii qaz da bu siyahıdadır. Britaniyanın Gaffney, Cline & Associates şirkəti Türkmənistan ərazisində xeyli qaz ehtiyatının olduğunu təsdiqləyib ki, bu da beş milyon əhalisi olan ölkəni planetin qaz ocaqlarının beşliyinə daxil etməyə imkan verib. Türkmənistan hakimiyyəti hesab edir ki, enerji daşıyıcılarının ixracı məsələsində ikitərəfli münasibətlər erası öz yerini BMT-nin himayəsi altında "qlobal enerji təhlükəsizliyinə" verməli, təşkilat isə, beynəlxalq boru kəmərlərinin təhlükəsizliyi haqqında xüsusi Konvensiyanı qəbul etməlidir. Aşqabadda bu məsələ ilə bağlı artıq yazda təmsilçi konfransı çağırmağa hazırdırlar.

"Bu, enerji infrastrukturunun müdafiəsi məsələlərində səmərəli çoxtərəfli tərəfdaşlığı, onun normal fəaliyyət göstərməsi, boru kəməri layihələrinin hər bir iştirakçısının -istehsalçılar, tranzitçilər, enerji ehtiyatları istehlakçılarının konstruktiv əməkdaşlığı üçün əlverişli xarici siyasi şəraitin yaradılmasını nəzərdə tutan güclü stabilləşdirici amildir", - Türkmənistan XİN - in analitik materialında qeyd edir.

"Yeri gəlmişkən, Türkmənistan artıq Kiyevin ödənişləri həyata keçirməməsi və Kremlin qiymət məsələlərində inadkarlığına görə "qaz açarının" dondurulduğu rejimdə yaşayıb", - türkmən iqtisadçı xatırladıb. Onun sözlərinə görə, o zaman, doxsanıncı illərin sonunda ölkənin özünü ərzaqla təmin etməsi məsələsi kəskinləşdi və ölkə buğda yetişdirməyə, heyvandarlığı inkişaf etdirməyə başladı. Son illər Türkmənistan emal məhsullarının - həm neftin, həm də qazın emalının genişləndirilməsinə başlayıb, Yaponiya, Avropa ölkələrinin aldıqları maye qaz ixracı artır. Türkmənbaşı şəhərində ən böyük neft emalı zvoduna təxminən 2 mlrd. dollar sərmayə yaırılıb, qazın emalı, kimya və toxuculuq, pambıq emalı sənayesinə borc vəsaitləri cəlb olunur.

Bütün bu valyuta daxilolmaları Türkmənistanın mavi yanacağın ixracından əldə etdiyi vəsaitlərlə qarşı - qarşıya qoyula bilməz. Aşqabad iddia edir ki, böyük həcmdə karbohidrogen ehtiyatları var və bu ona çoxvariantlılığın - eyni zamanda müxtəlif istiqamətlərdə bir neçə qaz kəməri layihəsinin realizəsinin məqsədəuyğunluğunda əmin olmağa imkan verir. Belə ki, "Türkmənqaz" Dövlət Konserninin planlarına əsasən, 2020 - ci  ilə illik ixrac həcmləri hazırki 50 mlrd. kubmetrdən 125 mlrd. kubmetərədək arta, 2030 -cu ilə 140 mlrd. kubmetrə çata bilər.

Türkmənistan XİN vurğulayır ki, "enerji daşıyıcılarının diversifikasiyası, sadəcə, faydalı və perspektivli milli layihə deyil. Bu gün bu, dünya bazarı qanunlarının obyektiv tələbi, qlobal iqtisadiyyatın sağlam fəaliyyətinin ən mühüm şərti, onu deformasiya və əyrilikdən xeyli ayıran baryerdir".

Türkmənistan artıq çoxdandır ki, bu istiqamətdə hərəkət edir. Plana əsasən. 2009 - cu ilin sonunda türkmən qazının ixracı coğrafiyasında "irəliləyiş" baş verməlidir - nəhayət, Rusiya vasitəsilə ənənəvi marşruta ilk alternativ marşrut yaranacaq. 1996 - cı ildən İrana qaz kəməri fəaliyyət göstərsə də, onun həcmi o qədər də böyük deyil. Çin isə, 30 il ərzində ildə 40 mlrd. kubmetrədək qaz almaq niyyətindədir.  Türkmən qazının ənənəvi alıcısı - artıq birinci il deyil ki, donan Avropaya tranzitə görə Kiyevlə "qaynar" mübahisələr aparan "Qazprom" ASC dəfələrlə bildirib ki, "Aşqabaddan burada istehsal edilən qədər mavi yanacaq almağa hazırdır". Uzunmüddətli müqaviləyə əsasən, Rusiya Türkmənistandan idxalın hazırki 40 - 50 mlrd. kubmetrdən ildə 80 mlrd. kubmetrədək artırılmasında maraqlıdır.

"Bu, Moskva tərəfindən  düzgün addımdır", - Türkmənistanın qaz nəqli şirkətlərindən birinin əməkdaşı Trend -a bildirib. Onun rəyinə görə, Rusiya dünyadakı qaz ehtiyatlarının dörddə birinə [istənilən başqa ölkədən çox] nəzarət etsə də, onun ehtiyatlarının böyük hissəsi Qərbi Sibirdə yerləşir. Buradakı ağır təbii şərait və ərazinin dünya bazarlarından uzaq məsafədə yerləşməsi onların işlənilməsini bahalı edir.

Yalnız Hindistan deyil, hazırda qaza olan tələbatının 40 faizini Rusiyanın ödədiyi Avropa da baxışlarını Xəzər regionuna, eləcə də Türkmənistana çevirir. 2008 - ci ilin noyabrında Aşqabadda keçirilən neft - qaz konfransında Qərb ölkələrindən presedentsiz sayda şirkət və beynəlxalq struktur nümayəndələrinin iştirakı buna parlaq sübutdur.

Avropa Komissiyasının nümayəndəsi Derek Teylor (Derek Taylor) o günlər Türkmənistanın paytaxtında öz qiymətində birmənalı idi: "Ukraynada 2006 - cı ildəki qaz böhranından qaz tədarüklərinin diversifikasiyası - siyasi gündəlikdə ən vacib məsələlərdən biridir".

Onun sözlərinə görə, Aİ dövlətləri Türkmənistandakı tərəfdaşlarına "uduzulmayan" əməkdaşlıq təşkil edə bilərlər - artan istehlak bazarı, əlverişli qiymətlər və qaz ehtiyatlarını mənimsəyə biləcək dünya səviyyəli şirkətlər. Teylorun rəyinə görə, bütün bunlar Türkmənistanı, Xəzərin ehtiyatlarını ümumavropa "evinə" "çəkəcək" "Nabucco" layihəsinə qoşulmağa təhrik etməlidir. Son vaxtlar bu istiqamətdə nəzərəçarpacaq irəliləyiş var - payızda Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun Avstriya, Almaniyaya səfəri baş tutub. Bu transmilli layihədə iştirak edən dövlətlərin - Türkiyə, Azərbaycan, Bolqarıstan, Macarıstanın dövlət başçıları Aşqabada səfər ediblər.

Aşqabadın təcrübəsi var - bir vaxtlar, arxasında Qərbin dayandığı bütün layihələr müvəffəqiyyətsizliyə düçar olmuşdu. Belə ki, Amerikanın Unocal şirkəti ambisiyalı Türkmənistan - Əfqanıstan - Pakistan qaz və neft kəmərlərini doxsanıncı illərin astanasında atmağa məcbur oldu [ABŞ - ın "Taliban" hərəkatına qarşı hərbi əməliyyatının başlaması ilə]. Əvvəldən Türkmənistan və Türkiyə arasında 30 mlrd. kubmetr türkmən qazının alqı-satqısı sazişinin altında işləmiş Amerikanın PSG şirkətinin başçılıq etdiyi Konsorsiumun cəlb olunduğu Türkiyə və Avropaya Trans Xəzər layihəsi heçə endi. O zaman Aşqabad, "Şahdəniz"də gözlənilmədən  aşkar edilmiş Azərbaycan qazına yarım boru belə verməyə razılaşmadı.

Türkmənistan hakimiyyətinin güman etdiyi kimi, beynəlxalq miqyaslı layihələri "siyasi, iqtisadi, ekoloji texnogen risklərdən" dekabrda Aşaqabadın irəli sürdüyü xüsusi "Enerji daşıyıcılarının etibarlı və sabit tranziti və davamlı inkişaf və beynəlxalq əməkdaşlığın təmin olunmasında onun rolu" Qətnaməsini dəstəkləmiş Birləşmiş Millətlər Təşkilatı qoruya bilər və qorumalıdır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti