...

"Bakıelektrikşəbəkə" ASC sayğacların quraşdırılması şərtlərini açıqlayıb

Energetika Materials 21 Yanvar 2009 21:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 yanvar/ Trend /

"Bakıelektrikşəbəkə" SC (Bakıda elektrik enerjisinin paylanması) əhali üçün yeni sayğacların quraşdırılmasını sayğacı olan, ancaq nasazlıq və ya zədələnmə üzündən sıradan çıxmış, eləcə də istismar müddəti  tamamlanmış ölçü cihazları heç bir vəsait ödənilmədən dəyişdirir. Sayğacı olmayan abunəçilər yalnız yeni sayğacın quraşdırılmasına görə pul ödəyəcəklər, - "Bakıelektrikşəbəkə"nin çərşənbə günü yayılmış məlumatında deyilir.

Fərdi yaşayış evlərində (həyət sistemi) sayğac quraşdırma haqqı birfazalı sayğaclar üçün 53,70 manat, üçfazalı sayğaclar üçün (cərəyan transformatoru ilə) 133,28 manat, üçfazalı sayğaclar üçün (birbaşa qoşulmaqla) 86,74 manat təşkil edir. Yaşayış binalarında isə, bu məbləğ 25,16 manata bərabərdir. Birfazalı sayğacları üçfazalı sayğaclarla əvəz olunan istehlakçılardan sayğac quraşdırma haqqı sayğacın tipinə müvafiq fərq tutulmaqla dəyişdirilir.

Digər abunəçilərdə birfazalı sayğaclar üçün ödəniş 16,85 manat, üçfazalı sayğaclar üçün (cərəyan transformatoru ilə) 66,34 manat, üçfazalı sayğaclar üçün (birbaşa qoşulmaqla) 18,10 manatdır.

Quraşdırma müvafiq rayon enerji təchizatı və satışı idarələrində və ya SC- nin baş ofisinə ödəmə qəbzi verilməklə aparılır.

Xəbər lenti

Xəbər lenti