Türkmənistan, Aşqabad, 31 yanvar/ Trend , müxbir E.Həsənov/
Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov neft - qaz hasilatı və emalı həcmlərinin artırılması vəzifələrini bəyan edib, - türkmənistanlı rəsmi mənbə xəbər verib.
Hökumətin sonuncu iclasında enerji ehtiyatlarının dünya bazarlarına çoxvariantlı nəqli sisteminin yaradılması, dövlətlərarası öhdəliklərin yerinə yetirilməsi və Amu -Dərya hövzəsi, digər neft - qaz rayonlarında yeni yataqların sürətləndirilmiş sənaye mənimsənilməsi hesabına xammal bazasının möhkəmləndirilməsi üzrə hədəflər müəyyən edilib.
2009 - cu ildə Türkmənistan təbii qaz istehsalının 2008 - ci ildəki 70,4 milyard kubmetrə qarşı 75,8 milyard kubmetr civarında artacağını gözləyir. Türkmənistan - Xəzər regionunda əsas "mavi yanacaq" ixracatçılarından biri son illər ixrac qazının böyük hissəsini Rusiyanın "Qazprom" ASC-nə satır.
Mənbənin bildirdiyinə görə, iclasda çıxış edən Baş nazirin müavini Taçberdi Tağıyev bir sıra iri sərmayə layihələlərinin irəliləməsi barədə məruzə edib. Bu layihələrin sırasında Türkmənistan - Çin qaz kəmərinin çəkilişi, Qurrukbil - Qarabil qaz - kondensat yataqları qrupunun təcrübə - sənaye istismarına verilməsinə hazırlıq var.
Prezident vurğulayıb ki, böyük karbohidrogen ehtiyatları olan Türkmənistan enerji sahəsində geniş beynəlxalq əməkdaşlığın lehinə çıxış edir.
"Türkmənistanın bu sahədəki siyasəti getdikcə daha çox təqdir olunur", - o bildirib.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]