Qazaxıstan, Аstana, 04 fevral / Trend , müxbir K.Konırova/ Elektroenergetika, kömür, neft və qaz sənayelərinə kuratorluq edən Qazaxıstanın Energetika və Mineral Resurslar Nazirliyinin (QEMRN) ümumdünya maliyyə böhranı dövründə hansı tədbirlər həyata keçirməsi haqda nazir müavini Ləzzat Kiinov Trend -ın xüsusi üxbirinə müsahibəsində danışıb.
- Tarix iqtisadi eniş və böhran dövründə ən birinci şaxtaçıların etiraz etdiyinə şahid olub. Qazaxıstanı şaxtaçıların öz maaşlarının azaldılması və gecikdirilməsi ilə bağlı tətillər gözləyirmi?
- Biz onları qabaqlamağa çalışırıq. Bütün kömür hasilatı ilə məşğul olan və onlarla birlikdə enerji şirkətlərinə "İstehsal proseslərinin sabitləşdirilməsi və işçilərin sosial müdafiəsi məsələlərində qarşılıqlı əməkadaşlıq memorandumu" layihələri yönəldilib. Bu ayın sonuna qədər bütün şirkətlər onu bizim nazirliklə imzalamalıdır. Bu addımın məqsədi tərəflərin əmək münasibətlərindəki maraqlarının maksimal dərəcədə hesaba alınması və iqtisadi risklər yaranan zaman sosial sərfiyyatın azaldılmasını təmin etməkdir.
Bir sıra müəssisələr artıq "Memorandum"un mətninə öz təkliflərini irəli sürüb. Onların içərisində "Aktobe İES" SC, "Jayıkteploenerqo" SC, "Jambıl elektrik şəbəkəsi" DMC, "Atirau İES" SC, "MAEK Kazatomprom" DMC, "Şubarkol Komir" SC, "Maykubem-Vest" DMC var. Bundan başqa, kömür hasilatı və elektrik enerjisi şirkətlərində böhrana qarşı proqramlar hazırlanıb.
-Zəhmət olmasa, bu haqda bir qədər ətraflı danışardız...
- Məsələn, götürək kömür istehsalı ilə məşğul olan və dünyanın ən böyük kömür kəsiyi "Boqatır"da çalışan "Boqatır Akses Komir" DMC-ni. Buradakı anti-böhran proqramı özündə aşağıdakı maddələri birləşdirir: 459 nəfər qısaldılmış iş həftəsinə keçirilir, 240 nəfər hər ay məvacibi saxlanılmamaq şərtilə əmək məzuniyyətinə 12 təqvim günü alacaq. Buraxılan mallar və ictimai qida kombinatının xidmətlərinə olan qiymətlər əvvəlki səviyyədə saxlanılacaq. İşçilərin başqa ixtisaslara yiyələnməsinə böyük diqqət yetiriləcək. Bu gün ümumilikdə, bütün kömür sənayesi müəssisələrində sabit durum mövcuddur. Narahatçılıq üçün əsas yoxdur. Bu il kömür hasilatının həcmində cəmi 5-6 milyon tonluq azalma gözlənilir ki, bu da kömür hasilatı müəssisələrinin fəaliyyətinə ciddi təsir göstərməyəcək. Daxili bazara kömür tədarükü tam təmin olunacaq. Analoji durum elektrik enerjisi müəssisələrində də mövcuddur. Bu il 2008-ci illə müqayisədə elektrik enerjisi istehlakının həcmində azalma gözlənilmir.
- Məlumdur ki, yanacaq-sürtkü materiallarının (YSM) qiymətlərinin artımı həmişə cəmiyyətdə narahatçılığa səbəb olur ki, buna da səbəb zəncirvari reaksiya ilə xidmət və qida məhsullarının qiymətlərinin artımının baş verməsidir. Qurum tərəfindən bu məsələ ilə bağlı hansı tədbirlər görülüb?
- Xatırladım ki, qiymət artımının qarşısını almaq üçün hökümət hələ ötən ilin yazında benzin və dizel yanacağının ixracına əvvəlcə sentyabrın 1-nə, sonra isə 2008-ci ilin sonuna qədər qadağa qoymuşdu. Ötən yay QEMRN bu işdə maraqlı olan nazirlik və qurumlar, eləcə də əsas neft və neft məhsulları resurssaxlayanlarının nümayəndələrinin iştirakı ilə müşavirə keçirib. Nəticədə protokol imzalanıb. Buna uyğun olaraq, biz sosial mahiyyətli obyektlərin mazuta olan tələbatını bu qızdırma dövrü üçün əvvəlcədən dəqiqləşdirilmiş qiymətlərlə təmin edə bildik.
Elə həmin müşavirədə ilk növbədə daxili bazarın meft məhsullarına olan tələbatını örtmək məqsədilə, respublikanın üç neft emalı zavodlarında neft emalının həcminin artırılması haqda qərar qəbul edilmişdi. Zavodların bu il xəbərdarlıq-plan işləri üçün dayandırılma qrafiki məsələsi həll olunub. Ötən payızda isə nazirlik böyük neft şirkətləri və treyderlərlə görüşlər təşkil edib və onlarla tərəflərin neft məhsullarının qiymətlərinin aşağı salınmasına dair razılaşdığı memorandum imzalayıb.
Deyə bilərəm ki, bu gün, atılan addımlar öz nəticəsini verib. Daxili bazarda benzinin qiyməti memorandumda qeyd olunan səviyyəyə qədər azalıb. Bəzi YSM-lərdə isə bu qiymət daha da aşağı salınıb. Məsələn, Aİ-93 markalı benzinin qiyməti 87 tengedən 70 tengeyə qədər azalıb. Aİ-96-nın qiyməti isə 1 litr üçün 100 tengedən 91 tengeyə düşüb.
- Yuxarıda sadalananların hamısı administrativ seriyadandır. Bəs qanunvericilik səviyyəsində nazirlik YSM-lərin qiymətlərinin əsaslanmış artımı məsələsində necə səliqə yaratmağı planlaşdırır?
- Hazırda bizim qurumda "ayrı-ayrı neft məhsulları növlərinin istehsal və dövriyyəsinin dövlət tənzimlənməsi" qanunu layihəsi hazırlanır. O özündə hazırkı qanunun kəsir və çatışmazlıqlarının aradan qaldırılmasını nəzərdə tutan yeni neft emalı və YSM realizəsi sxemini əks etdirir.
- Bu sxemin prinsipial yeniliyi nədən ibarətdir?
- Birincisi, biz xammalın nəniki ixraca, həm də daxili bazara satılması sərf edəcək xam neft və qaz kondensatının alınması üzrə yeni hüquq mexanizmi daxil edirik. İkincisi, biz qanunvericilikdə ölkə iqtisadiyyatının lazımi həcm və keyfiyyətdə yanacaqla təmin olunması üçün neft emalı zavodlarının təkmilləşdirilməsinə vəsait qoyulmasını stimullaşdıracaq sərmayə proqramlarının yeni qaydalarını təklif edirik. Üçüncüsü, biz neft məhsullarının topdan realizəsi ilə məşğul olmaq istəyən şəxslər qarşısında qoyulan tələbləri sərtləşdiririk. Əsas şərt kimi neft məhsulları bazası və avtoyanacaqdoldurma məntəqələri şəbəkəsinin mövcudluğu qoyulacaq. Bu, öz xidmətlərinə görə YSM-lərin qiymətlərini artırmaqla məşğul olan "boş" vasitəçi strukturları bazardan sıxışdırmağa imkan verəcək.
- Qazın qiyməti Qazaxıstan üçün eyni dərəcədə vacib məsələdir. Böhran dövründə qaz sənayesində nələr baş verəcək?
- Ötən ilin sonunda Moskvada "Qazprom" ASC və "KazMunayQaz" SC arasında qaz qiymətlərinin artımının qarşısını almaq və onların 2008-ci il səviyyəsində saxlanılmasına imkan verəcək razılıq əldə olunub. Ümumilikdə qaz sənayesindəki duruma gəlincə, o da sabit olaraq qalır. Respublikanın ən böyük qaz istehsalçı şirkəti "Karaçaqanak Pertoleum Opereytinq", Qərbi-Qazaxıstan akimatı və qaz, nəqliyyat və tikinti sənayesi işçilərinin həmkarlar təşkilatları tərəfindən istehsal işçilərinin əmək hüquq və sığortalarına maksimum riayət olunmasına hesablanmış "Qarşılıqlı əməkdaşlıq memorandumu" layihəsi hazırlanıb. Ümid edirik ki, bu regionlardakı əmək bazarının sabitləşdirilməsinə yardımçı olacaq.
- Məlumdur ki, böhran zamanı ən ağrılı problem əhalinin məşğulluq səviyyəsinin azalmasıdır. Dünya anti-böhran proqramlarında həmişə ilk növbədə əməktutumlu istehsallar - İES, HES və yolların tikintisi nəzərə alınıb...
- Bu planda biz əvvəllər planlaşdırdığımız və böhrana baxmayaraq ölkəmizdə həyata keçiriləcək layihələrə diqqət yetiririk. Məsələn, Balxaş İES-in tikinti-montaj işləri üçün əmək resurslarına tələb orta hesabla 6380, maksimum 7700 nəfər təşkil edəcək. Layihənin həyata keçirilməsi 2009-2016-cı illəri əhatə edəcək. Ekibastuz DRES-2-nin üçüncü enerji blokunun bu il başlayacaq tikintisi 1400 işçi yeri, Moynak HES-in tikintisi 1500 işçi yeri tələb edəcək.
Ölkə üçün vacib Beyneu-Bozoy-Akbulak boru kəmərinin tikintisinin layihəsi çərçivəsində yaradılan işçi yerlərinin sayı layihə-smeta sənədləşdirilməsinin hazırlanmasının bitimindən sonra müəyyən olunacaq. Bu siyahını uzatmaq olar. Əsas odur ki, biz hazırda qabaqlama işləri üçün çalışırıq!
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]