...

Qazaxıstana məxsus üç NEZ-in yenidənqurma proqramının həyata keçirilməsinə ən azı 15 milyard dollar lazım olacaq

Energetika Materials 6 Mart 2009 12:25 (UTC +04:00)

Qazaxıstan, Astana, 06 mart / Trend , müxbir K.Arınova /

"Üç Qazaxıstan NEZ-in yenidənqurma proqramının həyata keçirilməsinə 15 milyard dollar lazım olacaq", - Trend -ın xüsusi müxbirinə müsahibəsində "KazMunayQaz Ticarət Evi" SC-nin adının çəkilməsini istəməyən nümayəndəsi xəbər verib.

"Üç milli NEZ-in yenidənqurma proqramının həyata keçirilməsinə real olaraq 3 yox, 15 milyard dollar lazım olacaq", - həmsöhbət deyib.

Bir müddət əvvəl hökumətin iclasında enerji naziri Sauat Mınbayev bildirib ki, üç milli NEZ-in yenidənqurma proqramının həyata keçirilməsinə 3 milyard dollardan çox sərmayə lazım olacaq.

"Proqramın həyata keçirilməsinə 3 milyard dollardan çox sərmayə lazım olacaq. Proqramın 2015-ci ildə başa çatdırılıması gözlənilir. Bundan sonra üç NEZ-in gücü, ümumilikdə ildə 17 milyon ton gücünə çıxacaq", - Mınbayev bildirib.

Ancaq "Ticarət evi"nin fikrincə, sadəcə Atırau NEZ-in yenidənqurmasına təxminən 5 milyard dollar lazım olacaq. Digər iki zavoda da həmçinin.

"Metalın qiymətinin qalxması, inflyasiya və bir sıra digər faktorları nəzərə alaraq, bu gün yenidənqurmanın əsl dəyəri ən nikbin hesablamalarda 5 milyard dollardan az olmayacaq. Nazirin dilə gətirdiyi rəqəm, hökumətin qarşısında qoyduğu məqsədlərə çatmağına yardımçı olmayacaq", - o qeyd edib.

Enerji Nazirliyi üç milli NEZ-in yenidənqurması proqramının həyata keçirilməsindən sonra, 2015-ci ildə onların ümumi gücünün ildə 14,5 milton tondan, yüksəkoktanlı benzin və aviakerosinin artımı ilə 17 milyon tona çatdırmağı nəzərdə tutur.

"Ticarət evi"nin nümayəndəsinin sözlərinə görə isə, "3 milyard dolları zavodların təkmilləşdirilməsinin yalnız birinci mərhələsində istifadə etmək olar".

Qazaxıstanda hazırda üç NEZ var: respublikanın şimalındakı Pavlodar neft-kimya zavodu, cənubunda Şımkənd, qərbində isə Atırau.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti