...

SOCAR Xəzər dənizində kəşfiyyat quyusu qazmağa hazırlaşır

Energetika Materials 2 İyun 2009 18:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 iyun / Trend , müxbir E.İsmayılov /

"SOCAR Xəzərin Azərbaycan sektorundakı perspektiv dəniz qaz-kondensat strukturu "Ümid"də birinci kəşfiyyat yatağının qazmasına iyunun ikinci yarısında başlayacaq", - çərşənbə axşamı SOCAR-ın geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib.

Bir müddət əvvəl SOCAR qazma işi aparılacaq "Ümid-1" platformasının tikintisini başa çatdırıb.

"Hazırda stansiyada test çalışmaları aparılır. Onlar başa çatandan sonra qazma işləri başlayacaq. Böyük ehtimalla bu işlər iyunun ikinci yarısında start götürəcək", - Yusifzadə bildirib.

Yusifzadənin sözlərinə görə, platforma hələ dövlət komissiyasını keçməyib.

Bu strukturdakı birinci quyunun dərinliyi 6,5 min metr olacaq. Onun dörd min metrinin bu il qazılması gözlənilir. Qazmanın gələn il başa çatdırılacağı gözlənilir.

Görülən işlərin əsas məqsədi ölkədə qaz hasilatının artırılmasıdır.

Tikintisi başa çatdırılmamış "Çıraq-6" platformasının bazasında yerləşən "Ümid-1" platforması SOCAR-ın qaz proqramı çərçivəsində ən böyük obyektdir. Onun hündürlüyü 72 metr olacaq. Platforma "Bulla-dəniz" yatağının 15 kilometr yaxınlığında, 58 metr dərinlikdə yerləşəcək. Platformadan altı quyunun qazılması planlaşdırılır.

"Ümid"in gözlənilən qaz ehtiyatları 300 milyard kubmetr, qaz-kondensatı isə 30-40 milyon tondur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti