...

Azərbaycan neftinin qiyməti iyunun 9-da artıb

Energetika Materials 10 İyun 2009 13:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 iyun / Trend , müxbir A.Bədəlova /

CIF Avqust limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 9-da 1 barel üçün $70,57 təşkil edib. 1997-ci ildən yüngül neft hasil edən SOCAR-dan çərşənbə günü verilən məlumata əsasən, çərşənbə axşamı neftin qiyməti bazar ertəsinə nisbətdə $1,19 artıb.

Azeri Light markalı neft "Azəri-Çıraq-Günəşli" yatağından hasil edilir, Qazaxıstan nefti ilə qarışaraq Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Türkiyənin Ceyhan limanına çatdırılır.

SOCAR-dan bildirilib ki, Azərbaycanın yüngül neftinin qiymətləri FOB Ceyhan limanı şərtləri ilə iyunun 9-da bir barel üçün  $69,87 təşkil edib. Bu isə əvvəlki göstəricidən $1,19/barel çoxdur.

Azərbaycan, həmçinin Bakı-Novorossiysk boru kəməri ilə xammal tədarük edərək Novorossiysk limanından özünün URALS markalı neftini satır. Keyfiyyətli Azərbaycan nefti Rusiya boru kəməri sistemində digər növlərlə qarışır və Novorossiysk limanından URALS markası kimi satılır.

Novorossiysk limanından yüklənən URALS-ın qiymətləri iyunun 9-da $67,78/barel təşkil edib. Bu isə əvvəlki göstəricidən $1,27/barel çoxdur.

Şimal dənizindən hasil edilən Brent Dated etalon növlü neftin bir barelinin qiyməti iyunun 9-da $68,88/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən $1,36/barel çoxdur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti