...

ARDNŞ Gürcüstana qaz nəqlini əhəmiyyətli dərəcədə artırıb

Energetika Materials 15 İyul 2009 17:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 iyul / Trend /

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) ilk yarım ildə Gürcüstana 551 milyon kubmetr qaz ixrac edib. Bu göstərici 2008-ci ilin eyni dövründə 92,05 milyon kubmetr olub. Bu barədə ARDNŞ-dən məlumat verilib.

İyunda ARDNŞ Gürcüstana təxminən 41,8 milyon kubmetr qaz ixrac edib. Ötən ilin iyununda nəql edilən qazın həcmi isə 39,27 kubmetr olub.

Gürcüstana qaz nəqlinə 2008-ci ilin aprelində başlanılıb. 2008-ci ildə Gürcüstana ümumilikdə təxminən 788,93 milyon kubmetr qaz ixrac olunub.

Bir müddət əvvəl "Azəriqaz" (Azərbaycanda qazpaylayıcısı və satıcısı) Azərbaycan qazının Gürcüstana nəqlinin artırılması layihəsi çərçivəsində Ağdaşda qazkompressor stansiyasının bərpası işini başa çatdırıb. Gürcüstana qaz nəqli "Qazıməhəmməd-Gürcüstan sərhədi" qaz kəməri ilə həyata keçirilir. Boru kəməri ilə ixracatın artırılması məqsədi ilə maksimal təzyiqin hazırkı 10 atmosferdən 20 atmosferə qaldırılması planlaşdırılır.

Keçən ilin noyabrında Azərbaycanla Gürcüstan arasında müqavilə imzalanıb. Müqavilə Gürcüstanın qaz bazarında 2009-cu ildən başlayaraq növbəti beş il ərzində ARDNŞ-nin fəaliyyətini canlandırma imkanları yaradır. Memoranduma əsasən, layihənin həyata keçirilməsi üçün ARDNŞ Gürcüstan hakimiyyətinin müəyyən etdiyi istehlakçı qrupları (sosial qruplar) qazla təmin edəcək törəmə müəssisə yaradır.

Xəbər lenti

Xəbər lenti