...

Azərbaycana EITI üzrə növbəti hesabatı hazırlamaq üçün beynəlxalq auditor təyin olunub

Energetika Materials 16 İyul 2009 13:41 (UTC +04:00)

Azərbaycan, Bakı 15 iyul / Trend , İ.Xəlilova /

Hasilat sənayesində şəffaflığın artırılması üzrə yerli və xarici neft, qaz şirkət və koalisiyalarının hasilat sənayesinin transparentliyi təşəbbüsü (EITI) üzrə hökumət komissiyasının birgə iclasında 2009-cu ilin ilk rübünün məcmusu üzrə 11-ci hesabatı hazırlamaq üçün Moore Stephens beynəlxalq auditor şirkəti çərşənbə günü təsdiqlənib, Azərbaycan Dövlət Neft Fondunda çərşənbə günü deyilib.

Dəvətnamələr Azərbaycanda fəaliyyət göstərən beynəlxalq səviyyəli dörd aparıcı auditor şirkətə - Deloitte & Touche, Ernst & Young, PriceWaterhouseCoopers и Moore Stephens göndərilib.

Azərbaycan hökumətinin və şirkətlərin gəlirlər haqqında hesabatını yoxlayacaq auditorun neft və qaz sənayesində çalışan şirkətlərə müraciətindən sonra onlar xərclər haqqında hesabatı təqdim etməlidirlər.

Hər hesabat müddətində EITİ təşəbbüsü üzrə dölət komissiyasının birgə iclasında yeni tender keçirilir və çıxarma sənayesinin şəffaflığının artırılması üzrə yerli və xarici neft, qaz şirkət və koalisiyalarının auditor kompaniyası  təsdiqlənir.

EITI üzrə birinci, ikinci, dördüncü, beşinci və onuncu hesabatlar Delloitte & Touche şirkəti, altıncı, yeddinci, səkkizinci və doqquzuncu hesabatlar  Moore Stephens, üçüncü hesabat isə AGN MAK Azerbaijan LTD( bu, Accountants Global Network şirkətlər qrupuna daxildir) tərəfindən hazırlanmışdır. Auditor firmasının xidmət ardıcıllıqları hasilat sənayesi ilə məşğul şirkətlər tərəfindən ödəniləcək. Həmrəylik memorandumunda 26 neft-qaz şirkəti iştirak edir.

2003-2008 illərdə dövlət gəlirləri 851, 386 milyon dollar və 8198, 567 milyon manat səviyyəsində təsdiqlənib.

İyulun 15-nə olan rəsmi məzənnə 0,8043 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə: [email protected]

Xəbər lenti

Xəbər lenti