...

Shell-in Xəzər üzrə başçısı təyin edilib

Energetika Materials 3 Sentyabr 2009 13:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 sentyabr / Trend /

Royal Dutch Shell şirkəti bu həftə Rusiya və Xəzər regionu üzrə yeni icraçı vitse-prezident vəzifəsinə Çarlz Vatsonun (Charles Watson) təyin olunması barədə bildirib. Energy Intelligence Group yazır.

Əvvəl bu vəzifəni dörd il boyunca Rusiyada çalışan Kris Finleyson icra edib.

Vatson Shell şirkətində 1982-ci ildən çalışır, onun fəaliyyəti Yaxın Şərqdə, Şimali və Cənubi Afrikada qaz layihələrini əhatə edib. 2007-ci ildə Vatson Shell Energy Europe BV şirkətinin qaz sahəsində, Avropa, Rusiya və Mərkəzi Asiyada bərpa olunan enerji mənbələri sahəsində biznesin keçirilməsinə məsuliyyət daşıyan icraçı vitse-prezidenti vəzifəsinə təyin edilib.

Şirkətdən verilən məlumata əsasən, Vatson artıq Shell-in Rusiyada və Xəzər regionunda fəaliyyətini koordinasiya edəcək və Shell-in icra komitəsi qarşısında hesabat verəcək.

Xəbər lenti

Xəbər lenti