...

Bakı Beynəlxalq Ticarət Limanı 2009-cu ildə 2 milyon tondan çox neft yükü daşıyıb

Energetika Materials 14 Yanvar 2010 18:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 yanvar / Trend , müxbir E.İsmayılov/

Bakı Beynəlxalq Ticarət Limanı 2009-cu ildə 2 milyon tondan çox neft yükü daşıyıb ki, bu da 2008-ci ilin göstəricisindən 10% aşağıdır, Bakı limanından mənbə cümə axşamı deyib.

"Ümumilikdə keçən il liman vasitəsilə 2,5 milyon tona yaxın neft yükü daşınıb. Bu da 2008-ci ilin göstəricisindən təxminən 10% aşağıdır", mənbə qeyd edib.

Mənbənin sözlərinə görə, ümumilikdə 2009-cu ildə liman vasitəsilə 5,1 milyon tona yaxın yük daşınıb, "2008-ci ilə nisbətən bəzi azalmalar var", o qeyd edib.

Keçən ilin yekunlarına görə 10%-lik artım bərə yüklərinin daşınmasında 10%-lik artım müşahidə edilib, daşınmaların həcmi 2,3 milyon ton təşkil edib. Həmçinin 2008-ci ilə nisbətən keçən il liman üzərindən quru yük daşınmaları 2 dəfə artaraq 300 min tona çatıb.

Mənbə daha əvvəllər deyib ki, 2008-ci ildə Bakı limanından 6 milyon tona yaxın müxtəlif yüklər daşınıb. Keçən il göndərilən yüklərin həcminin 3 milyona yaxını neft və neft məhsullarının, qalan 3 milyonu isə bərə nəqliyyatı ilə hərəkət edən yüklərin payına düşüb. (Bakı-Türkmənbaşı, Türkmənbaşı-Bakı, Bakı-Aktau, Aktau-Bakı)

Xəbər lenti

Xəbər lenti