...

Azərbaycan Dövlət Neft Fondu xarici şirkətlə alqı-satqı haqqında müqavilə imzalayıb

Energetika Materials 1 May 2010 15:06 (UTC +04:00)

Azərbycan, Bakı, 1 may /Trend/

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) fond üçün nəzərdə tutulan A klass avtomatlaşdırma və intellektuallaşdırma konsepsiyasının həyata keçirilməsi və layihələşdirilməsi çərçivəsində nəzarəti təmin edən Britaniyanın CDC (Central Data Control) şirkəti ilə alqı-satqı haqqında müqavilə imzalayıb. Bu barədə yayılan rəsmi məlumatda deyilir.

Məlumatda deyildiyinə görə, əvvəlcə şirkət bu lot çərçivəsində elan edilmiş tenderin qalibi olub.

117 metr hündürlüyündə 23 mərtəbəli və 13 min kvadratmetr ümumi sahəsi olan binada (27 min kvadratmetr yeraltı dayanacaq da daxil olmaqla) xidməti yerlər, həmçinin Heydər Əliyev Muzeyi, 200 nəfərlik konfrans zalı, iki mərtəbəli 150 avtomobillik dayanacaq yerləşdiriləcək.

Laiyhə A kateqoriyalı ofis binası standartlarına müvafiq olaraq həyata keçiriləcək. Bu kateqoriyalı bina beynəlxalq standartlara cavab verən, daxili dizaynı, orijinal zahiri görünüşü və yüksək keyfiyyəti ilə fərqlənir.

Xəbər lenti

Xəbər lenti