...

ARDNŞ bu il neft emalının dərinliyini 2 faiz artıracaq

Energetika Materials 5 İyun 2010 15:04 (UTC +04:00)

Аzərbaycan, Bakı, 5 iyun /Trend, müxbir E.İsmayılov/

2010-cu il ərzində ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) neft emalı zavodlarında emalın dərinliyi 2009-cu ildə olan 92 faiz göstəriciyə nisbətdə 94 faiz təşkil edib. Bu barədə iyunun 1-4-də Bakıda keçirilən Beynəlxalq Xəzər neft, qaz, neft emalı və neft kimyası sərgisində ARDNŞ-nin stendində təqdim olunan məlumatlarda göstərilib.

Məlumatlara əsasən, 2003-cü ildə bu göstərici 60%, 2004-cü ildə 67%, 2005-ci ildə 63%, 2006-2007-ci illərdə 66%, 2008-ci ildə isə 80% təşkil edib.

2010-cu ildə hər iki NEZ-də təkrar emalın yaradılması ilə emal ötən ildəki 2,69 milyon tona nisbətdə 2,72 milyon ton neft təşkil edəcək.

ARDNŞ-dəki mənbənin əvvəlcə məlumat verdiyi kimi, proqnozlara əsasən, 2010-cu ildə şirkət özünün neft emalı zavodlarında 5,4 milyon ton neft məhsulları istehsal etmək niyyətindədir, ötən il bu göstərici 4,69 milyon ton təşkil etmişdi.

ARDNŞ şirkətinin iki neft emalı zavodu var: bunlar Heydər Əliyev adına NEZ və "Azneftyağ" NEZ-dir. Hər iki zavodun ümumi gücü ildə 20 milyon ton təşkil edir.

Xəbər lenti

Xəbər lenti