...

"Azərikimya" İB onun müəssisələrini əlaqələndirən avtomobil yollarının təmirinin birinci mərhələsini başa çatdırıb

Energetika Materials 24 İyul 2010 14:34 (UTC +04:00)
ARDNŞ-in (Azərbaycan Dövlət Neft Şirkəti) "Azərikimya" İstehsalat Birliyi Sumqayıt - H.Z.Tağıyev magistral yolunun etilen-polietilen və üzvi sintez zavodları arasındakı hissəsinə yeni asfalt örtüyü çəkməklə həmin ərazidə təmir işlərinin ilkin mərhələsini başa çatdırıb. Bu barədə şənbə günü ARDNŞ-in yaydığı məlumatda deyilir.
"Azərikimya" İB onun müəssisələrini əlaqələndirən avtomobil yollarının təmirinin birinci mərhələsini başa çatdırıb

Azərbaycan, Bakı, 24 iyul /Trend/

ARDNŞ-in (Azərbaycan Dövlət Neft Şirkəti) "Azərikimya" İstehsalat Birliyi Sumqayıt - H.Z.Tağıyev magistral yolunun etilen-polietilen və üzvi sintez zavodları arasındakı hissəsinə yeni asfalt örtüyü çəkməklə həmin ərazidə təmir işlərinin ilkin mərhələsini başa çatdırıb. Bu barədə şənbə günü ARDNŞ-in yaydığı məlumatda deyilir. Təmir üçün ARDNŞ tərəfindən ayrılmış 10-dan artıq müxtəlif profilli müasir yol texnikası və özüboşaldan maşının köməyi ilə qısa müddət ərzində dənizkənarı magistral yolun 9 min kvadratmetr sahəsində köhnə asfalt örtüyü çıxarılmış və onun 1,2 kilometrə qədər hissəsi əsaslı təmir olunmuş, yola daha keyfiyyətli yeni asfalt örtüyü vurulmuşdur. Bununla yanaşı, yolun 2 min kvadratmetr sahəsində təmir-bərpa işləri də başa çatdırılıb. Təmir işlərinin ilkin mərhələsinin yekunlaşması ilə yolun yararsızlığı üzündən əvvəllər burada nəqliyyatın hərəkətində baş verən tıxaclar tamamilə aradan qaldırılıb.

Xəbər lenti

Xəbər lenti