...

"Ekol" QSC Azərbaycanın mədən ərazilərində neftlə çirklənmiş torpaqların təmizlənməsi işlərini başa çatdırıb

Energetika Materials 22 Oktyabr 2010 17:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 oktyabr /Trend/

"Ekol Mühəndislik Xidmətləri" QSC həyata keçirdiyi ekoloji layihələr sırasında ARDNŞ-nin "Siyəzənneft" NQÇİ-nin mədən ərazilərində neftlə çirklənmiş torpaqların bioremediasiyası üzrə işləri başa vurub. Bu barədə cümə günü QSC-nin məlumatında deyilir. İşlərin aparıldığı sahə 30 hektara qədər ərazini əhatə edir.

Məlumatda deyildiyi kimi, hazırda "Ekol Mühəndislik Xidmətləri" QSC işlərin vaxtında başa çatdırılması üçün təxirəsalınmaz tədbirlər görür. Layihə üzrə mədən ərazilərində bioremediasiya proseslərinin son mərhələsi başa çatdırılıb, sahələrə arpa əkilməsinə başlanılıb.

QSC-nin "Siyəzənneft" NQÇİ-nin mədən ərazilərində apardığı bioremediasiya işləri nəticəsində landşaft bərpa olunub.

"Ekol Mühəndislik Xidmətləri" QSC bundan sonra da respublikamızda ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində ARDNŞ-nin həyata keçirəcəyi layihələrin potensial icraçısı kimi fəaliyyət göstərəcək.

2006-cı il martın 1-də yaradılmış "Ekol Mühəndislik Xidmətləri" QSC-nin həmtəsisçiləri ARDNŞ (51 faiz) və "Lancer S.A. Services"dir (49 faiz).

Xəbər lenti

Xəbər lenti