...

2010-cu ildə ARDNŞ Azərbaycanın qaz sisteminə 11,5 milyard kubmetr qaz tədarük edib

Energetika Materials 6 Yanvar 2011 17:41 (UTC +04:00)
2010-cu ildə ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Azərbaycanın daxili tələbatını ödəmək və ixrac əməliyyatlarını təmin etmək üçün 10,4 milyard kubmetr qaz istifadə edib.

Azərbaycan, Bakı, 6 yanvar /Trend/

2010-cu ildə ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Azərbaycanın daxili tələbatını ödəmək və ixrac əməliyyatlarını təmin etmək üçün 10,4 milyard kubmetr qaz istifadə edib. Bu barədə cümə axşamı ARDNŞ-dən məlumat verilib.

İstifadə olunan qazın ümumi həcmindən 8,92 kubmetr sənaye müəssisələri, əhali və "Azərenerji" SC-yə (Azərbaycanın regionlarında elektrik enerjisi istehsalı və paylanması) verilib. Qalan həcm Gürcüstan və Rusiya ilə ixrac əməliyyatlarının təminatı, həmçinin Naxçıvan Muxtar Respublikasını (NMR) təbii qazla təmin etməyə sərf olunub.

Ötən il ARDNŞ tərəfindən ölkənin qaz sisteminə 11,51 milyard kubmetr qaz tədarük edilib ki, bu da proqnozlaşdırılmış 1,2 milyard kubmetrdən çoxdur. Bununla yanaşı, sənaye müəssisələri və əhalini qazla təmin etmək üçün ixrac müqavilələri çərçivəsində ölkənin yeraltı qaz anbarlarından 804,2 milyon kubmetr qaz alınıb. Hazırda qaz anbarına əlavə olaraq 1,9 milyard kubmetr qaz vurulub.

İran ilə svop əməliyyatları çərçivəsində 2010-cu ildə NMR-ə 328,5 milyon kubmetr qaz verilib. Dekabrda bu göstərici 36,88 milyon kubmetr təşkil edib.

Xəbər lenti

Xəbər lenti