...

"Petkim" Azərbaycan qazı ilə işləməyə hazırlaşır

Energetika Materials 29 Yanvar 2011 12:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 yanvar /Trend, müxbir E.İsmayılov/

Yaxın vaxtlarda SOCAR-TURCAS birgə neft-kimya şirkəti qaz satışına başlayacaq. Qazın xeyli hissəsi "Petkim" neft-kimya kompelksi üçün nəzərdə tutulub. Bu barədə şənbə günü "Petkim"dəki mənbə deyib.

Əvvəllər ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) məlumat vermişdi ki, SOCAR-TURCAS artıq Türkiyənin daxili bazarında qazın topdansatışına lisenziya alıb. Lisenziya Türkiyə Enerji Bazarının Tənzimlənməsi Qrupu tərəfindən 30 il müddətinə verilib.

"Neft emalı zavodunun və digər investisiya layihələrinin tikintisi başa çatdıqdan sonra qazın hamısı bizim strukturda istifadə olunacaq", - mənbə qeyd edib.

Bundan əvvəl Türkiyə ilə ildə 1,2 milyard kubmetr həcmində alış və sonradan satış üzrə razılıq əldə olunub. Qazın böyük hissəsi ARDNŞ-nin pay hissələrinin olduğu "Petkim" neft-kimya kompleksinə, qalan hissəsi isə Türkiyənin daxili bazarında alıcılara çatdırılacaq.

Azərbaycan Sənaye və Energetika Nazirliyi və Türkiyə Energetika və Mineral Resurslar Nazirliyi arasında imzalanmış qarşılıqlı anlaşma haqqında memoranduma əsasən, Türkiyənin törəmə şirkəti hər il BOTAŞ-dan "Şahdəniz" qaz-kondensat yatağının işlənib hazırlanmasının birinci mərhələsi çərçivəsində Türkiyə üçün nəzərdə tutulmuş 6,6 milyard kubmetr qazın 1,2 milyardını alacaq. Qaz 2016-cı ilin sonuna qədər BOTAŞ tərəfindən ARDNŞ üçün nəql ounacaq.

1,2 milyard kubmetr həcmində qazın qiyməti idaxl olunmuş qazın dəyəri, ölkə daxilində nəql üçün xərclər və digər vergi rüsumlarına ayrılacaq.

Göstərilmiş həcmin çatdırılması üzrə ticari şərtlər "al və ödə" müqaviləsi əsasında ARDNŞ və BOTAŞ şirkətləri arasında razılaşdırılacaq.

Xəbər lenti

Xəbər lenti