...

ARDNŞ emal müəssisələrinin köçürülməsinin ekoloji əsaslarını hazırlayır

Energetika Materials 8 Aprel 2011 12:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 aprel /Trend, müxbir E.İsmayılov/

ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Ekologiya İdarəsi neft və qaz emalı və neft-kimya məhsullarının istehsalı üzrə yeni kompleksin yaradılması çərçivəsində ətraf mühitə və sosial sahəyə təsirlə bağlı hesabatın hazırlanması üçün əsas olacaq ilkin ekoloji araşdırmalar aparır. Bu barədə cümə günü ARDNŞ-dəki mənbə məlumat verib.

Onun sözlərinə görə, hazırda yeni kompleksin yerləşəcəyi ərazinin ekoloji vəziyyətinin tədqiqatı aparılır, eləcə də emal müəssisələrinin şəhərin hüdudlarından kənara köçürülməsinin ekoloji əsaslarının hazırlanması üzrə işlər görülür.

"İşlər bu ilin ortalarında başa çatacaq", - mənbə deyib.

Bütün tədqiqatların keçirilməsindən və hesabatın hazırlanmasından sonra onlar ARDNŞ-nin baş ofisinə təqdim olunacaq.

Hazırda aparılan araşdırmalar ətraf mühitə və sosial sahəyə təsir üzrə hesabatın hazırlanmasından ibarətdir.

Bir müddət əvvəl ARDNŞ rəhbəri Rövnəq Abdullayevin dediyi kimi, kompleks gücü ildə 10 milyon ton olan neft emalı zavodunun, gücü ildə 10-15 milyard kubmetr olan qaz emalı zavodunun və qaz neft-kimya müəssisəsinin tikintisini nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti