...

Azərbaycanda OGPC layihəsinin reallaşdırılması üçün bütün maliyyə mənbələri nəzərdən keçiriləcək - ARDNŞ

Energetika Materials 11 Aprel 2012 11:12 (UTC +04:00)
Azərbaycanda neft və qaz emalı və neft-kimya məhsullarının istehsalı üzrə yeni kompleksin (OGPC) tikintisi üçün bütün maliyyə mənbələri nəzərdən keçiriləcək.
Azərbaycanda OGPC layihəsinin reallaşdırılması üçün bütün maliyyə mənbələri nəzərdən keçiriləcək - ARDNŞ

Azərbaycan, Bakı, 11 aprel / Trend, müxbir A.Bədəlova /

Azərbaycanda neft və qaz emalı və neft-kimya məhsullarının istehsalı üzrə yeni kompleksin (OGPC) tikintisi üçün bütün maliyyə mənbələri nəzərdən keçiriləcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü ARDNŞ-nin OGPC layihəsi üzrə departament rəhbərinin müavini Fuad Əhmədov aprelin 10-12-də Bakıda keçirilən Azərbaycanda bu kompleksin yaradılmasına həsr olunmuş forumda bildirib.

Onun sözlərinə görə, layihənin maliyyələşdirilməsinin potensial mənbələri ARDNŞ-nin nizamnamə fondunun, ARDNF-nin vəsaitləri, ixracatçı kredit agentlikləri, kommersiya bankları və başqalarıdır.

"Bütün mənbələrə baxılacaq və bunu nəticəsində müvafiq qərar qəbul ediləcək", - Əhmədov deyib.

Onun sözlərinə görə, kompleks irimiqyaslıdır, layihənin ümumi dəyəri 15 milyard dollar təşkil edir ki, bunun 12,4 milyard dolları birbaşa investisiyaların, yerdə qalan 2,6 milyard dollar isə tikinti zamanı əldə olunan gəlirlərin hesabına təmin olunacaq.

Layihənin öz xərcini çıxarma müddəti 7 ildir. Daxili gəlirlilik dərəcəsi 13 faiz təşkil edir ki, bu da Əhmədovun sözlərinə görə, yaxşı göstəricidir.

O bildirib ki, maliyyələşdirmənin əsas hissəsi 2016-2017-ci illərə, yəni tikintinin nisbətən intensiv aparıldığı dövrə təsadüf edir.

"Bu layihəyə dövlət dəstəyi (qanunvericilik və vergi bazası, böyük həcmdə borcun cəlb edilməsi, dövlət zəmanəti, xammal bazası, məhsulların bir hissəsi "off take" rejimində alınacaq) çox vacibdir və böyük rol oynayır", - şirkətin nümayəndəsi deyib.

Kompleksin özü barədə danışarkən Əhmədov qeyd edib ki, kompleksdə əsas (faiz nisbətində) obyekt neft emalı zavodu olacaq. Neft məhsullarından əsasən artan daxili tələbatın təmin olunması üçün istifadə olunacaq, habelə ixraca göndəriləcək. O cümlədən dizel, təyyarə yanacağı və benzin ixrac olunacaq. Əsas satış bazarları Aralıq dənizi ölkələri, Türkiyə, Gürcüstan olacaq.

Əhmədovun sözlərinə görə, neft-kimya məhsullarının 90 faizi ixrac olunacaq.

Neft-kimya zavodunun məhsullarının böyük hissəsi Türkiyə bazarında satılacaq.

Onun sözlərinə görə, Türkiyə yüksək inkişaf sürəti və neft-kimya məhsullarına tələbat baxımından çox cəlbedici bazardır.
Neft-kimya məhsullarının başqa bazarları MDB, Aralıq dənizi ölkələri olacaq.

Xəbər lenti

Xəbər lenti